Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Türkiyə-Avropa qarşıdurması: Azərbaycan kimi seçəcək?

28-04-2017, 21:31   

Məhəmməd Əsədullazadə: “Azərbaycan Türkiyənin haqlarını bu qurumda müdafiə etməlidir”

Türkiyə -Avropa Birliyi münasibətlərində yaranan gərginliklər referendumdan sonra pik həddə çatıb.Belə ki, Avropa Şurası Parlament Assambleyası referendumun nəticələrini tanımadığını bəyan edib.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Avropanın bu münasibətinə sərt cavab verib və onların verdiyi rəyin Türkiyə siyasi hakimiyyəti üçün heç bir önəm daşımadığını açıqlayıb.Bununla da münasibətlər daha da gərginləşib.

Bəllidir ki, Türkiyənin prezident üsul-idarəsinə keçidi Avropa məkanında müsbət qarşılanmır. Digər tərəfdən Türkiyədə ölüm hökmünün bərpası məsələsi gündəmə gəlib. Xatırladaq ki, 2015-ci il 15 iyul hadisələrindən (FETÖ terror təşkilatının çevriliş cəhdi-red.) sonra prezident Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Türkiyə Böyük Millət Məclisindən (TBMM) ölüm hökmünün bərpası qərarı çıxarsa, dəstəkləyəcək. Bu məsələnin yenidən gündəmə gəlməsi ilə Avropa-Türkiyə münasibətləri tamamilə soyuqlaşdı.AŞPA-dan bildirildi ki, əgər Türkiyə bu qərarı verərsə, üzvlükdən uzaqlaşdırılacaq və haqqında sərt tədbirlər görüləcək.Hələ ki, Türkiyədə ölüm hökmünün bərpası məsələsi reallaşmayıb.Ancaq bununla bağlı ehtimallar artır.

Türkiyə-Avropa münasibətlərinin gərginləşməsi fonunda Azərbaycan hansı addımları atmalıdır və ya ata bilər?



Siyasi şərhçilər hesab edirlər ki, münasibətlərin bu dərəcəyə qədər gərginləşməsi Türkiyə iqtidarının son dönəmlərdə çıxardığı qərarlardan irəli gəlir. Politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə şərhində bildirib ki, Türkiyənin Avropa ilə münasibətlərinin pisləşməsi 16 aprel referendumu ilə bağlıdır. Politoloq hesab edir ki, Türkiyənin Avropa ilə siyasi əlaqələri artıq ciddi şəkildə gərginləşib: “Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyası Türkiyəni siyasi nəzarət altına almaq haqqında qərar verib. AŞPA-nın bu qərarı beynəlxalq hüquq normalarına ziddir və Türkiyəyə qarşı təzyiq rıçaqıdır.Türkiyənin prezident respublikası olması ilə daxili və xarici siyasətdə ciddi şəkildə korrektələr gözlənilir.Ərdoğanın müstəqil siyasəti, Suriya və İraqda kürd terrorçularına qarşı mübarizəsi Avropanı narahat etməkdədir.Avropa Türkiyənin demokratik sisteminin zəifləməsini, insan hüquqları sahəsində problemlərin olacağını qeyd edir. Amma, bu kimi problemlərə baxmayaraq AŞPA Türkiyə ilə əlaqələrdə loyal siyasət aparmalıdır. AŞPA-nın bu qərarı Türkiyənin Şərqə qarşı siyasi kurs götürməsinə səbəb olacaq”.

Azərbaycanın bu məsələdə tutacağı mövqeyə münasibət bildirən politoloq bildirib ki, Azərbaycan Türkiyə ilə qardaş və müttəfiq ölkədir. Türkiyə və Azərbaycan deputatları daima AŞPA-da bir sıra məsələlərdə prinsipiallıq göstərərək, birlik nümayiş etdirib: “Təbii ki, Azərbaycan hər zaman Türkiyənin yanındadır. Hər iki tərəf təmkinlik nümayiş etdirib dialoqu davam etdirməli, ortaq məxrəcə gəlməlidirlər.Azərbaycan AŞPA ilə siyasi əlaqələri normal müstəvidə saxlayıb, Türkiyənin haqlarını bu qurumda müdafiə etməlidir.Hesab edirəm ki, Türkiyə AŞPA-dan çıxa bilər.Bundan sonra siyasi əlaqələr daha da qırılma nöqtəsinə gələcək”.

Vilayət Muxtar
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar