Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dollar üçün proqnoz – Müəmma var: DİQQƏT!

4-05-2017, 16:39   


Azərbaycan yaxın bir ay ərzində iki beynəlxalq tədbirə ev sahibliyi edəcək. Əcnəbilərin isə ölkəmizə axını artıq başlayıb. Bu arada əsas müzakirə predmetlərindən biri də dolların məzənnəsinin hansı həddə dayanmasıdır.



İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya açıqılamasında proqnozlarını verib: “Dolların məzənnəsi bazar tərəfindən təyin edilmədiyi üçün həddi proqnolaşdırmaq çətindir. Dolların məzənnəsi hökumətin siyasətinə uyğun olaraq müəyyən olunur. Azərbaycan iqtisadiyyatında dolların məzənnəsi artıq bir qədər əhəmiyyətini itirib. Dollar 2 manat həddində olanda da, 1.50 olanda da ölkədə bahalıq tüğyan edib. İndiki dönəmdə dolların məzənnəsi 2 manat da, 1.50 manat da ola bilər”.

Maraqlıdır, dolların məzənnəsi qalxan kimi bütün mallarda, hətta bir ay öncə piştaxtalara çıxarılan məhsulların da qiymətində artım müşahidə edildi. Lakin fevral ayından etibarən məzənnədə yumşalma getsə də, artıq iki aydan çox müddətdə qiymətlərdə heç bir endirim olmayıb.

A.Nəsirli bildirib ki, Azərbaycan iqtisadiyyatı müsbətə doğru deyil, mənfiyə doğru gedir. 2 beynəlxalq tədbirin keçirildiyi ərəfədə isə dolların məzənnəsində ehtimal ki, cüzi ucuzlaşma olsun: “Qarşıdan İslam Olimpiya Oyunları, “Formula- 1” gəlir. Bu cür beynəlxalq tədbirlərə görə dolların məzənnəsi ucuzlaşmalıdır. Əcnəbilərin ölkəmizə gəlməsi dollar bolluğunun yaranması deməkdir. Artıq hökumət bunun üçün dolların ucuzlaşma tendensiyasını nəzərdən keçirməlidir. Düşünürəm ki, hökumət dolların məzənnəsini sabit saxlamaqla büdcəyə müsbət təsir etməyə çalışacaq. 0,2-0,5 faiz ucuzlaşma ola bilər”.

Nigar Məhərrəm
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar