![](/uploads/posts/2017-05/thumbs/1493981731_1451027894.jpg)
Fransa keçirilən prezident seçkilərinin ilk mərhələsində qələbə qazanaraq ikinci tura keçən namizədlər Emmanuel Makron və Le Pen prezident olmaq uğrunda mübarizə aparır.
Fransada keçirilən rəy soruğularında respondentlərin 40 faizi Makronun qalib gələcəyini deyib. Beynəlxalq şərhçilər də Makronun şansını daha yüksək qiymətləndirir.
Sosioloji sorğularla yanaşı seçkilər öncəsi astroloqların verdiyi proqnozlar da ictimaiyyətin diqqət mərkəzində olur.
Fransada keçirilən seçkilərlə bağlı Cebhe.info-ya danışan tanınmış astroloq Səbuhi Rəhimli kimin seçiləcəyi ilə bağlı proqnozunu açıqlayıb:
“Fransa özü od ünsürlü qoç bürcü altındadır. Namizədlərin də hər ikisi də od ünsürlü bürc altında doğulub. Makron oxatan, Le Pen isə şir bürcüdür. Hər ikisinin astroloji portretini hazırlayanda gördüm ki, hər ikisinin də təxminən eyni şansı var. Amma bu seçki məsələsində Le Penin şanslarını daha yüksək qiymətlədirirəm. Seçki günü aktivliyinə görə Le Peni daha şanslı hesab edirəm”.
Qeyd edək ki, seçkinin ikinci mərhələsi mayın 7-də baş tutacaq.
Vilayət Muxtar
Cebhe.info