Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Erməni nazir Rusiyanı Bakı-Ankara birliyi ilə HƏDƏLƏDİ

8-05-2017, 12:59   
Erməni nazir Rusiyanı Bakı-Ankara birliyi ilə  HƏDƏLƏDİ

“Türkiyə NATO-nun üzvü kimi Azərbaycanda fəaliyyətini getdikcə genişləndirir və bununla da Rusiyaya təhlükə yaradır”.

Cebhe.info xəbər verir ki, bunu Ermənistan müdafiə naziri Vigen Sarkisyan bildirib. “İnterfaks” agentliyinə müsahibəsində Vigen Sarkisyan qeyd edib ki, Türkiyə-Rusiya əlaqələrinin müsbət tempdə inkişafını dəyərləndirir: "Buna baxmayaraq, mən bu təhlükəni diqqətdən kənarda qoymazdım".

Nazirin sözlərinə görə, rəsmi Ankara Qarabağ münaqişəsinin həlli prosesində neqativ rol oynayır. Açıq şəkildə rəsmi Bakının siyasətini dəstəkləyir və bu dəstək silahlanma, texnologiya sahəsində də davam etdirilir: "Bu ciddi təhlükə yaradır. Həmçinin cənub cəbhəsində Rusiya üçün də Dağıstan sərhədində nə baş verdiyi ciddi məsələdir".

Xəzər
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar