Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putinin Qələbə paradındakı çıxışının ŞİFRƏLƏRİ: Rusiya əslində kiminlə döyüşür?

9-05-2017, 17:38   


Bu gün Rusiya və keçmiş SSRİ respublikaları faşizm üzərində qələbənin 72-ci ildönümünü qeyd etdilər.

Publika.az xəbər verir ki, Qələbə Günündə Rusiya prezidenti Vladimir Putinin “Qırmızı meydan”da çıxışı diqqət çəkdi. Xüsusilə onun Rusiya xalqı haqda dedikləri...

“Nasizmin qanlı siyasəti Sovetlər Birliyi sayəsində başa çatıb. Müharibədə milyonlarla insan həlak olub. Bütün bunlara baxmayaraq, Rusiya xalqını kölələşdirən bir qüvvə mövcud olmayıb, bundan sonra da olmayacaq. Avropa və bütün dünyanın azadlığı bizim babalarımız və ulu babalarımız sayəsində qazanılıb. Rusiya Silahlı Qüvvələri hər cür təhdidə layiqli cavab vermək gücünə sahibdir”, - deyə Rusiya lideri bəyan etdi.

Putin “Rusiya xalqını kölələşdirən bir qüvvə mövcud olmayıb, bundan sonra da olmayacaq” deməklə hansı mesajı verirdi? Güman ki, o, mövcud geosiyasi şərtlərə işarə edir və Rusiyanın hazırki rəqiblərini, birbaşa Amerikanı söz atəşinə tuturdu.

Qələbə paradını işıqlandıran “The Washington Post” nəşrinin jurnalisti Devid Filipov yazır ki, hazırda Moskva Rusiya nostaljisinin atmosferinə bürünüb: “Narıncı və qara rəngli lentlər indi Rusiya vətənpərvərliyinin simvoluna çevrilib. SSRİ 1941-45-cü illərdə bütün Avropa boyunca müharibə apardı və 20 milyondan çox insan itirdi. Demək olar ki, hər bir rusiyalının əcdadı müharibədən keçib, yaxud həlak olub. Lakin insanları narıncı və qara rəng ətrafında birləşdirmək ideyası Kremldən gəlir. Bu həm faşizm üzərində qələbə, həm də “soyuq müharibə”dən sonra Vladimir Putinin Rusiyanı dirçəltməsinə işarədir. Putin çıxışında da Rusiyanın güclü olmaq, geri çəkilməmək iddialarına açıq işarə etdi”.

“Karnegi” Fondunun Moskva şöbəsinin əməkdaşı Andrey Kolesnikov deyir ki, hazırki Rusiya özünü müqəddəs qələbənin varisi hesab edir və bugünkü hökumət hər şeyin üzərində dayanır. Əgər hökuməti tənqid edirsinizsə, deməli Rusiyanı tənqid edirsiniz.

D.Filipov qeyd edir ki, Rusiyada Krımın ilhaqı, Ukraynanın şərqində və Suriyada aparılan müharibə “xaos və faşizm” tərəfdarlarına qarşı aparılan mübarizə olaraq qəbul edilir.

“Hazırda rusiyalı üçün Rusiya dünyanı şərdən xilas edən qüvvədir. Putin də çıxışında “rusiyalını kölələşdirmək mümkün olmayacaq” deməklə insanların ən həssas nöqtələrinə toxunur, onları səfərbər edir”, - deyə müəllif yazır.

Asif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar