![](/uploads/posts/2017-05/thumbs/1494593644_1471848173_o5q8nqxf.jpg)
Telman Zeynalov: “5 baldan yuxarı, 6-7 ballıq təkanların dağıdıcı gücü var”
Son vaxtlar ölkə ərazisində yeraltı təkanlar artmağa başlayıb. Ötən gün Saatlıda, bu gün isə Cəlilabadda zəlzələ baş verib. Saatlı rayonundan fərqli olaraq, zəlzələ Cəlilabadda hiss edilməyib və dağıntı olmayıb. Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, Cəlilabaddakı zəlzələ yerli vaxtla saat 14:22:57-də qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.4, dərinliyi 21 km olub.
Ekologiya sahəsi üzrə ekspert Telman Zeynalov bölgələrdəki zəlzələ aktivliyini Böyük və Kiçik Qafqazın gənc ərazi olmasıyla əlaqələndirir. O, bölgədə hər il təxminən 1500-2000 xırda təkanların baş verdiyini deyir:
“Zəlzələnin 3-4 bal olması problem yaratmır. 5 baldan yuxarı, 6-7 ballıq təkanlar isə dağıdıcı gücə malikdir. Bu mənada, ən yüksək ballıq zəlzələyə aktiv ərazi Bakı və Şamaxıdır”.
T.Zeynalov son vaxtlar baş verən zəlzələlərin səbəbini yerin torpaq qatının boşalmasıyla əlaqələndirir. Yəni torpağın altı boşalıb və ora metan qazı dolub. Boşluqların həddən artıq qazla dolması isə partlayışla nəticələnə bilər.
Nigar