Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

10 yaşını qeyd edən “Nar” sadiq abunəçilərini hədiyyələrlə sevindirdi

13-05-2017, 10:25   

Özünün 10 yaşını qeyd edən “Nar” abunəçilərini sevindirməyə davam edir. Mobil operator bu 10

il ərzində onunla bərabər olmuş ən sadiq abunəçilərinə 200 şəbəkədaxili dəqiqə və 1 GB

internet trafiki hədiyyə etdi.

10 illik münasibətilə mobil operator yeni “Dostunu “Nar”-a gətir” kampaniyasına start verdi.

Kampaniya çərçivəsində dostları və ya yaxınlarını “Nar” ailəsinə gətirmiş hər bir istifadəçiyə

balans üçün “mobil pul” qazanmaq imkanı yaradılır. Beləliklə, dostuna “Nar” ailəsinə qoşulmağı

tövsiyə etmiş hər bir abunəçinin balansına 5 ay müddətində hər dəfə dostunun öz balansını

artırdığı məbləğdə pul yüklənir.

Bu gün 10 yaşı tamam olan “Nar” 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə kommersiya

fəaliyyətinə başlamış və qısa bir müddətdə Azərbaycanda telekommunikasiya sahəsinin

aparıcı şirkətlərindən birinə çevrilmişdir. 2015-ci ildə Azərbaycanın tarixi irsi və ənənələrini

əldə rəhbər tutaraq seçilmiş “Nar” ticarət nişanı ölkənin zəngin mədəni irsinin çağdaş həyatla

bağlılığını simvolizə edir. Nar hər bir kəsin faydalana biləcəyi istisna dəyər – gerçək bir milli

rəmzdir. Təklif etdiyimiz xidmət çeşidlərinin ticarət nişanımızda tam olaraq öz əksini tapması

üçün “mobile” ifadəsindən imtina etdik. Bu gün mobil rabitə xidmətləri ilə yanaşı, eyni zamanda

sabit internet və rəqəmsal TV xidmətlərini də təklif edirik.

İnanırıq ki, bu gün Azərbaycanda rabitə xidmətlərindən lazımi səviyyədə yararlana bilməyən

böyük bir istifadəçi kütləsi vardır. Bu qrupa daxil olan insanlar əlverişli qiymətlərlə rabitə

xidmətlərindən faydalanmaq istəyirlər. Bizim bütün təkliflərimiz bir məqsədə xidmət edir:

telekommunikasiya və əyləncə xidmətləri hamını əhatə etməlidir. Biz fərqli ehtiyacları

qarşılayan müxtəlif səpkili sadə və sərfəli təkliflərlə çıxış etməyə davam edəcəyik. Bura həm

mobil rabitə və mobil internet, həm də ev üçün sürətli fiber-optik internet və yüksəkkeyfiyyətli

TV xidmətləri daxildir. Ən yaxşı qiymət-keyfiyyət nisbətini nəzərə alaraq, bütün bu xidmətləri bir

paketdə almaq daha əlverişlidir.

“Nar”-ın kampaniya, məhsul və layihələri haqqında nar.az internet səhifəsindən ətraflı məlumat

almaq olar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar