![](/uploads/posts/2017-05/thumbs/1494781188_abb_1.jpg)
2015-ci ildə baş verən qanunsuzluqlara, dövlət əmlakının talanmasına görə Azərbaycan Beynəlxalq Bankı ətrafında qalmaqallı proses başlandı. Bu prosesin sonucunda bankın İdarə Heyətinin rəhbəri Cahangir Hacıyev həbs olundu. Bundan sonra dövlət bankın sağlamlaşdırılması üçün müəyyən addımlar atdı. 2 il ərzində mərhələli şəkildə dövlət Beynəlxalq Banka 10 milyard dollar civarında vəsait verdi. Ancaq Beynəlxalq Bankın problemləri bununla da həll olunmadı. Bu günlərdə Beynəlxalq Bankın yerdə qalan borcunun da dövlət öz üzərinə götürdüyünü açıqladı. Bu açıqlamadan sonra hər kəsi düşündürən bir məsələ Beynəlxalq Bankın nə qədər borcu olması idi.
Cebhe.info xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı bu gün yayımladığı xarici borcun restrukturizasiyasında dosyesində bankın borcları göstərilib. Hansı xarici donorlardan kredit şəkildə, hansı müddətdə alındığı göstərilən restrukturizasiyada kifayət qədər yüksək rəqəmlərin olması diqqəti cəlb edir.
Qeyd edək ki, Beynəlxaq Bankın daxili borcları da kifayət qədər yüksəkdir. Ancaq ekspertlər bildirir ki, dövlətin borcu öz üzərinə götürməsi bu problemi borcların silinməsilə həll edəcəklər.
![](/uploads/posts/2017-05/thumbs/1494781186_aee4lkt.jpg)