Tehran meri Məhəmməd Qalibaf prezident seçkisində iştirakdan imtina edib.
Axar.az xəbər verir ki, Qalibaf bu barədə qərarını İslam İnqilabı Qüvvələri Xalq Mücahidlərinin iclasından sonra açıqlayıb. O, yaydığı bəyanatda ayətullah İbrahim Rəisinin namizədliyini dəstəklədiyini açıqlayıb:
“Mən bu barədə qərarı İslam İnqilabı Qüvvələrinin Xalq Mücahidlərinin bütövlüyü üçün qəbul etdim. Mən bütün mücahidləri Rəisinin qələbəsi naminə ona kömək etməyə səsləyirəm”.
Qeyd edək ki, Qalibafın imtinasından sonra İranda prezidentliyə namizədlərin sayı 5-ə düşüb. Əsas rəqabətin hazırkı prezident Ruhani ilə Rəisi arasında gedəcəyi gözlənilir.