Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanda bənzərsiz təhsil sistemi: Direktorlar bal toplayan şagirdləri öz aralarında “bölüşdürür”

16-05-2017, 11:18   

Dövlət İmtahan Mərkəzi (DİM) 16 may 2017-ci il tarixində Respublikanın 29 şəhər və rayonunda mumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagirdlər üçün Azərbaycan dili və Riyaziyyat fənlərindən monitorinq imtahanı keçirir. Bu monitorinq imtahanlarında 117 məktəb üzrə 3438 şagirdin iştirakı nəzərdə tutulur.

Cebhe.info xəbər verir ki, təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, ilin bu vaxtı monitorinq imtahanının keçirilməsi anlaşılan deyil:



“Mənə bu qaranlıq qaldı ki, ilin-günün bu vaxtı nə monitorinq imtahanıdır? Axı bunlar təhsillərini başa vururlar. Bundan başqa həmin 11-cilər aprelin 30-u və mayın 7-si qəbul imtahanı veriblər. Əlavə olaraq mayın 27-si və iyunun 11-i sınaq, iyun ayında buraxılış, iyul ayında yenidən qəbul imtahanı verəcəklər. O imtahan sualları ilə istədiyiniz monitorinqi aparın da...Yazıq abituriyentləri 2 ay ərzində bu qədər imtahana, stresə salmağa nə ehtiyac var? Onsuz da onlar qəbul imtahanlarında orta məktəb bilikləri ilə iştirak etmirlər, heç olmasa “imtahan-imtahan oyunu” ilə hazırlıqlarından kənarlaşdırmayın ki, sonra məhz hazırlıqda əldə etdikləri biliklərlə topladıqları balları bəh-bəhlə öz adınıza uğur kimi çıxarasınız”.

Ekspertin sözlərinə görə, başqa bir problem də monitorinq imtahanları keçirilən məktəblərdə adı gedən, özü isə Bakıda hazırlaşan 100-lərlə şagirdin olmasıdır: “İndi onlar basa-basa burdan rayona gedəcəklər. İnanın rayonlarda elə məktəblər var ki, direktorlar məktəbin qəbul nəticələri olsun deyə bal toplayan şagirdləri aralarında bölüşdürüblər. Şagirdlərin adı bir məktəbdə gedir, özləri isə başqa məktəbdə dərsə gedir. Dünya təhsil sistemində belə təhsil alma forması müəyyən edilməyib ki, bizimkilər kəşf ediblər”.

Alçina Amilqızı
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar