Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ-dan şok çıxış: Türkiyə səfirini geri göndərək

18-05-2017, 18:19   

Türkiyə səfirini ABŞ-dan çıxartmalıyıq.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ senatoru Con Makkeyn deyib.

“Etirazçılarla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçiləri arasında yaşanan gərginliyi görməzdən gəlmək olmaz. Bu cür hərəkətlər cavabsız qalmamalıdır”, - Makkeyn bildirib.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri zamanı Türkiyə səfirliyi qarşısında PKK tərəfdarı etiraz aksiyası keçiriblər. PKK tərəfdarları ilə eyni vaxtda türklər də ölkələrinə dəstək üçün toplanıb. Bu zaman tərəflər arasında qarşıdurma baş verib. Qarşıdurmanı ABŞ polisi yalnız müşahidə edib. Buna cavab olaraq Ərdoğanın mühafizəçiləri qarşıdurmaya müdaxilə edərək, tərəfləri sakitləşdiriblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar