![](/uploads/posts/2017-05/thumbs/1495277833_uz-fotosu.jpg)
ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfərindən öncə İran öz mesajını verib.
Publika.az xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilər Ər-Riyad yaxınlığındakı Ər-Rayn şəhərinə ballistik raket atıb.
Səudiyyə Ərəbistanının “SPA” rəsmi xəbər agentliyi ballistik raketin Səudiyyənin Hava Müdafiə Qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb.
Qeyd edək ki, husilər dünən axşam Ər-Riyada “Burkan-2” (Vulkan-2) ballistik raket atdıqlarını bəyan etmişdi. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya gücləri isə Yəmənin paytaxtı Sanada Atan dağındakı düşərgələrə 4 hava zərbəsi endirib.
İranın dəstəklədiyi husilərin Ər-Riyada raket atmasını Səudiyyə Ərəbistanına səfər edən Donald Trampa mesaj olduğunu hesab edirlər.
Asif