Gömrükçülər Bakıda İsrail vətəndaşını niyə saxlamışdılar? DGK-DAN RƏSMİ AÇIQLAMA
23-05-2017, 11:44
Dövlət Gömrük Komitəsi (DGK) ötən gün bəzi kütləvi informasiya vasitələrində Heydər Əliyev Beynəlxalq Hava limanında gömrük nəzarətindən keçən İsrail vətəndaşına qarsı gömrükçülər tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi xəbərinə münasibət bildirib.
DGK-dan virtualaz.org-a verilən məlumata görə, İsrail vətəndaşının üzərindəki valyutanın qanunsuz olaraq götürülməsinə dair məlumatlar həqiqətə uyğun deyil.
Məlumatda bildirilir ki, həmin şəxs valyutanı şalvarında xüsusi olaraq tikilən cibdə gizlədərək gömrük nəzarətindən keçirməyə çalışıb. Bunu videoçəkilişdən görmək olar.