![](/uploads/posts/2017-05/thumbs/1495525857_sah1lfg.jpg)
Rusiya bu ölkəyə gedən qanunsuz miqrantlara kömək edən, onlara yer verən şəxslərə qarşı cəzaları sərtləşdirir.
Cebhe.info yeri mətbuata istinadən bildirir ki, qanunsuz miqrantlara hansısa kömək edən, hətta onlara nəqliyyat xidməti göstərən şəxslərə tətbiq edilən cərimələr artırılacaq. Artıq bununla bağlı qanun layihəsi Dövlət Dumasına təqdim edilmək üçün hazırlanıb.
Layihə ölkənin mili təhlükəsizliyinin təmini və qanunsuz miqrasiya ilə mübarizə məqsədi daşıyır.
Qanun layihəsi qəbul edilərsə, qanunsuz miqranta kömək edən fiziki şəxsləri 5 min, vəzifəli şəxsləri 50 min rubl, hüquqi şəxsləri isə 500 min rubla qədər cərimə gözləyə bilər.
Layihənin parlamentə təqdim ediləcək layihəni baş nazir Dmirti Medvedyev imzalayıb.
Xəzər
Cebhe.info