![](/uploads/posts/2017-06/thumbs/1496378720_unnamed-1.jpg)
“Nar” ölkədə rəqəmsal TV, yüksəksürətli fiber-optik internet və mobil xidmətləri bir paketdə
təklif edən ilk mobil operator oldu. “Qutu” təklifindən yararlanan müştərilər rəqəmsal TV,
mobil xidmətlər və sabit internet xərclərinə 50%-dək qənaət edir və ayrı-ayrı xidmətlərin
aylıq ödənişi üçün vaxt itirmirlər.
“Qutu” təklifi sayəsində istifadəçilər ev və mobil kommunikasiya xidmətləri üçün yalnız bir
operatora ödəniş etməyin rahatlığını hiss edirlər. Təklifdən yararlanmaqla abunəçilər təkcə
xərclərinə deyil, həm də vaxtlarına qənaət edirlər.
“Qutu” təklifi ilə “Nar” müştərilərə 50-si HD olmaqla 244 telekanal, sürəti 30 mb/s-yə çatan
fiber-optik texnologiya üzərindən yüksəksürətli internet, 1000 dəqiqəyədək ölkədaxili danışıq
dəqiqələri, 3 GB-dək mobil internet, eləcə də 2000-dək SMS bonusları təqdim edir. “Qutu”
təklifi abunəçilərin istək və tələblərini nəzərə alaraq 22 manatdan başlayan 5 müxtəlif
paketdən ibarətdir. Üstəlik, “Qutu” təklifinə qoşularaq öncədən ödəniş etməklə rəqəmsal TV
və internet xidməti üçün lazım olan TV-tüner və Wi-Fi ruterini pulsuz əldə etmək mümkündür.
Operator mobil xidmətləri və “Nar-CityNet”- in dəstəyi ilə təmin olunan rəqəmsal TV və
yüksəksürətli fiber-optik interneti bir paketdə təklif edir.
Müştərilər büdcə və vaxtlarına qənaət edərək yüksəkkeyfiyyətli internet, TV və mobil
xidmətlərdən istifadə etməklə yanaşı, həm də “Qutu” xidmətinin 24/7 rejimində fəaliyyət
göstərən özəl Müştəri xidmətlərindən yararlana bilirlər. Müştəri xidmətləri ilə əlaqə
saxlamaq üçün “Nar” nömrələrindən 771, stasionar telefonlardan isə (012) 444 07 71
nömrəsinə zəng etmək kifayətdir.
Heç yerə getmədən “Qutu”-ya qoşulmağın ən asan yolu isə qutu.nar.az internet səhifəsinə daxil
olaraq qeydiyyatdan keçməkdir. İstifadəçiləri maraqlandıran suallar qutu.nar.az saytındakı
onlayn çat sayəsində dərhal cavablandırılır.
Qeyd edək ki, “Qutu” təklifi “Nar”-ın çoxfunksiyalı rabitə strategiyasının tərkib hissəsidir. Bu
strategiyanın əsas hədəfi müştərilərə müxtəlif telekommunikasiya xidmətlərini vahid
platforma üzərindən təqdim etməkdir.
“Qutu” təklifi haqqında daha ətraflı məlumatı qutu.nar.az internet səhifəsindən almaq olar.