Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilib. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, general-polkovnik Elçin İsağa oğlu Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi təyin olunub.
“AzPolitika.info” xatırladır ki, E.Quliyev indiyə qədər Dövlət Sərhəd Xidmətinin rəisi və Sərhəd Qoşunlarının komandanı idi. Bugünkü sərəncamdan sonra daha o, Sərhəd Qoşunlarının komandanı sayılmır.
Prezidentin bugünkü Sərəncamı “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Strukturu”nun dəyişdirilməsi ilə bağlıdır.
V.Nəsibov