Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiya Azərbaycanı kiril əlifbasına qayıtmağa çağırdı TƏCİLİ

6-06-2017, 16:25   

Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva MDB məkanında vahid kiril əlifbasına keçməyə çağırıb.

Virtualaz.org “RİA Novosti”-yə istinadla xəbər verir ki, nazir “Rus dünyası və rus dili: tarixi kölər və inkişaf istiqamətləri” adlı Forumda çıxışı zamanı bu haqda danışıb.

“Son 10 ildə olduqca böyük mövzu gündəmdə olub: şriftlərin latınlaşması və ərəbləşməsi. Budur, indi biz bütün MDB məkanında vahid əlifbaya-kirill əlifbasına keçməliyik. Çünki sorğular da göstərir ki, bizim yaxın xaricin əhalisi hər halda kirill əlifbasına sadiqlik barədə danışırlar”-Vasilyeva bildirib.

Nazirin fikrincə Rusiya kirill əlifbasının yayılması məsələsində çox dəqiq mövqe nümayiş etdirməlidir. “Hərçənd son iyirmi ildə bu mövqe bir qədər zəifləyib”-Olqa Vasilyeva deyib.

SSRİ dağılandan sonra MDB respublikalarından Özbəkistan, Türkmənistan və Azərbaycan kirill əlifbasından latın əlifbasına keçiblər. Qazaxıstan da bu yaxınlarda latın əlifbasına keçidi elan edib və bu prosesin 2015-ci ildə tamamlanacağını bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar