![](/uploads/posts/2017-06/thumbs/1498150324_mtu5ngjmndjmmdhhzt_1.jpg)
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun bu gün imzaladığı sərəncamı ilə Azər İslam oğlu Nağıyev Naxçıvan Muxtar Respublikasının Vergilər naziri təyin edilib.
"Qaynarinfo"-nun Naxçıvan TV-yə istinadla verdiyi xəbərə görə, V.Talıbovun digər sərəncamı ilə Əli Muxtər oğlu Mahmudov Naxçıvan Muxtar Respublikasının Vergilər naziri vəzifəsindən azad olunub.
Yeni nazir Azər Nağıyev buna qədər Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb.
Qaynarinfo.Az