![](/uploads/posts/2017-08/thumbs/1503579488_6000.jpg)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya budəfəki səfəri çox uğurlu olacaq.
Bu barədə Axar.az-a açıqlmasında politoloq, millət vəkili Rasim Musabəyov danışıb. Deputat Ərdoğanın Bakıya səfərində Dağlıq Qarabağ məsələsinin geniş müzakirə olunacağını vurğulayıb:
“Dağlıq Qarabağ məsələsi Azərbaycanın yaralı yeridir və Ərdoğanın Bakı səfərində bu məsələ mütləq şəkildə yenidən müzakirə olunacaq. Azərbaycan-Türkiyə münasibətləri çoxşaxəlidir və prezidentlər il ərzində demək olar ki, 4-5 dəfə görüşürlər. Bu baxımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu dəfəki səfəri də uğurlu olacaq”.
R.Musabəyov Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması barədə müzakirələrə də toxunub:
“Düşünmürəm ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəmdə olacaq. Yazılanlar daha çox mətbuat səviyyəsindədir. Ərdoğan bütün Türkiyə və Azərbaycan xalqı qarşısında Qarabağ probleminin həllində ciddi irəliləyiş olmadan sərhədlərin açılmayacağına dair verdiyi sözün sahibidir”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 10-11-i Azərbaycana səfər edəcək.