![MEHMAN ƏLİYEV MƏHKƏMƏYƏ APARILDI – Əlavə ittihamlar irəli sürülür (Yeniləndi)](/uploads/posts/2017-08/1503660499_mehman-eliyev.jpg)
“Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevə qarşı daha bir ittiham irəli sürülüb.
APA-nın məlumatına görə, vəkil Fuad Ağayev bildirib ki, M. Əliyev qanunsuz sahibkarlıqda da ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.
Vəkilin sözlərinə görə, M. Əliyev istintaq orqanının təqdimatına əsasən, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Yasamal Rayon Məhkəməsinə aparılıb.
***
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev saxlanılıb.
Vəkil Fuad Ağayev APA-ya bildirib ki, M. Əliyev bu gün Vergilər Nazirliyi Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinə çağırılıb.
Vəkil qeyd edib ona qarşı vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb, barəsində cinayət işi başlanıb.
M. Əliyevin 48 saatlıq saxlanılmasına qərar verilib. O, Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Məntəqəsinə aparılıb.
mehman-eliyev
***
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev Yasamal Rayon Polis İdarəsinin təcridxanasına çatdırılıb.
Bu barədə virtualaz.org-a məlumatlı mənbələrdən bildirilib.
Mənbəyə görə, Mehman Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin iki maddəsi üzrə ittiham irəli sürülüb: iri məbləğdə vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə.
***
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev qoruma altına alınıb.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org-a bildiriblər ki, onun barəsində həbs tədbiri seçilib.
***
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev saxlanılıb.
Hüquq-mühafizə orqanlarından virtualaz.org-a bildiriblər ki, jurnalist Vergilər Nazirliyi İstintaq İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.