Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qarabağ danışıqlarında yeni mərhələ? - “Ermənistan Hoqlandın prinsiplərini qəbul edib”

26-08-2017, 17:05   

“Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqlandın açıqladığı bəndlər həmsədr ölkələr tərəfindən təsdiq olunuş prinsiplərdir. Ermənistan bu prinsipləri münaqişənin həlli üzrə danışqların əsası kimi qəbul edib”.

Cebhe.info xəbər verir ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz “Azadlıq” radiosuna müsahibəsində belə deyib.

“Bu, bütöv prinsiplərdir. Onların hamısı danışıqların predmetini təşkil edir və diqqəti yalnız birinin üzərində cəmləşdirmək olmaz. Çünki bu bəndlər vahid paketin tərkib hissəsidir ”,- deyə səfir bildirib.

Qeyd edək ki, amerikalı diplomatın irəli sürdüyü prinsiplər işğal olunmuş ətraf rayonların Azərbaycana qaytarılmasını, məcburi köçkünlərin öz evlərinə dönməsini, Dağlıq Qarabağa aralıq statusun verilməsini , Laçın rayonundan keçməklə Ermənistanla Qarabağ arasında genişləndirilmiş dəhlizin açılmasını və Dağlıq Qarabağın statusunun hər iki tərəf üçün məqbul olan referendum yolu ilə müəyyən edilməsini nəzərdə tutur.

Müşfiq Abdulla
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar