![2017-ci ildə “Nar” bölgələrdəki şəbəkəsini daha da gücləndirib](/uploads/posts/2017-08/1503761729_bez-nazvaniya.jpg)
Abunəçilərin rahat və kəsintisiz rabitə və internet xidmətlərindən yararlanması məqsədilə
“Nar” özünün yeni baza stansiyalarının ölkə ərazisində quraşdırılması prosesini uğurla davam
etdirir. Azərbaycanın müxtəlif regionlarında yaşayan abunəçilərin artmaqda olan rabitə və
internetdən istifadə tələblərinin qarşılanması məqsədilə mobil operator 2017-ci ildə
bölgələrdə 194 yeni 3G baza stansiyası quraşdırıb. Bu ilin yanvar ayından etibarən, Biləsuvar,
Daşkəsən, Füzuli, Qəbələ, Gəncə, Goranboy, Göygöl, Quba, Qusar, Hacıqabul, İmişli, İsmayıllı,
Cəlilabad, Xaçmaz, Xızı, Kürdəmir, Lənkəran, Saatlı, Sabirabad, Salyan, Şəki, Şamaxı, Şabran,
Siyəzən və Tovuz rayonlarının ərazisində yeni baza stansiyaları quraşdırılaraq abunəçilərin
istifadəsinə verilib.
Qeyd edək ki, “Nar” işğaldan azad edilmiş ərazilərdə də şəbəkənin gücləndirilməsi
istiqamətindəki işləri davam etdirir. Bir neçə ay öncə operator Cəbrayıl rayonunun Cocuq
Mərcanlı kəndinin ərazisinə xidmət edəcək baza stansiyasının quraşdırılmasını və istismara
verilməsini elan etdi. Artıq “Nar” abunəçiləri qeyd edilən ərazidə də 3G və 2G xidmətlərindən
yararlana bilirlər. Sərfəli qiymət və yüksəkkeyfiyyətli xidmət prinsiplərinə sadiq qalan mobil
operator şəbəkəsinin daha da gücləndirilməsi istiqamətindəki işləri davam etdirməyi
planlaşdırır.
“Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə
abunəçilərə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operatorun şəbəkəsi və baza stansiyaları
haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi
irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G
texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir.