Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Partlayış nəticəsində altı nəfər yaralanıb - SİYAHI / YENILƏNIB

27-08-2017, 15:08   


Hərbi hissənin silah anbarında baş vermiş partlayış nəticəsində altı nəfər yaralanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, onların hamısında qəlpə yaraları olub. Hadisə yerindən götürülən yaralılar Siyəzən Diaqnostika Mərkəzinə aparılıb. Onların yaraları yüngüldür.

Siyəzən Diaqnostika Mərkəzindən bildirilib ki, artıq yaralılara tibbi yardım göstərilməsinə başlanılıb.
13:57
***
Xəsarət alan şəxslər həmin hərbi hissənin əməkdaşlarıdır:

Hüseynov Kamran Rasim oğlu
Abbasov Nəsimi Bibiqulu oğlu
Ağayev Məhəmməd Ağarza oğlu
Cəbrayılov Vidadi Talıb oğlu
Məmmədyarov Samir Fazil oğlu
Dəmirov Əlverdi Alışoğlu

Siyəzən Diaqnostika Mərkəzindən bildirilib ki, xəsarət alan şəxslərin durumu stabildir, həyatları üçüçn təhlükə yoxdur.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar