Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“İşıq məhbusları”na oxunan hökmü gənclər ədalətsiz hesab edir

29-08-2017, 20:37   
“İşıq məhbusları”na oxunan hökmü gənclər ədalətsiz hesab edir
Biləsuvar rayonunda məcburi köçkünlərin yaşadığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsi ilə bağlı keçirilən etiraz aksiyasında həbs olunan beş nəfərin məhkəməsi başa çatıb. Hakim Təranə Hüseynova təqsirləndirilən 5 nəfərdən 3-ünün şərti olaraq azadlığa buraxılmasına, Ülvi Quliyev və Zaur Feyruzlunun 1 il 6 ay azadlıqdan məhrum edilməsinə qərar verib. Bu haqda Azadlıq Radiosuna təqsirləndirilən şəxslərin vəkillərindən Elçin Sadıqov məlumat verib.
Gənc Demokratlar Hərəkatının sədr müavini İsabala Zeynalov baş vermiş olaya mənfi münasibət bildirib. Gənc ictimaiyyətçi ümumiyyətlə baş vermiş olayda cinayət işinin açılmasının düzgün olmadığı fikrindədir: “Baş vermiş hadisə insanların haqlı olaraq sosial hüquqlarını tələb etməsilə bağlı etirazdır və hökumət orqanlarının səhlənkar münasibətinə qarşı atılmış addımdır”.
İ.Zeynalov bu hadisədən sonra əslində bəzi məmurların cəzalandırılmalı olduğunu bildirib: “Baş vermiş olay zaman Cəbrayıl və Biləsuvar rayonunda yerləşən aidiyyatı qurumların cavadeh şəxsləri vəzifədən kənarlaşdırılmalıydı. Lakin, etiraza dəstək verən və haqlı tələb isəli sürənlərin bu cür cəzalandırılması hökumətin problemləri həll etməyə adekvat olmadığını göstərir”.
İ.Zeynalov hesab edir ki, sosial problemlər hər gün davamlı olaraq artır: “İqtisadi vəziyyət ağırlaşsa da, hər hansı tədbirlərin görülməsi hiss olunmur. Korrupsiya bütün ölkəni bürüyüb və belə vəziyyətdə əhali getdikcə yoxsullaşır. Bu kimi şeyləri görənlər isə etiraz etməyə risk etmirlər. Çünki, etirazçıları həbsxana və işgəncə gözləyə bilər”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar