Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sayt rəhbəri fiziki təzyiqə məruz qaldığı üçün Baş Prokurora müraciət etdi

3-09-2017, 12:27   

31 avqust 2017-ci ildə əcəmi metrosunun yaxınlığında “Sosxeber.info” xəbər saytının saytının rəhbəri Murad Həmidov əvvəllər tanımadığı 4 nəfər mülki geyimli şəxslər tərəfindən təhqir edilmiş, daha sonra fiziki təzyiqə məruz qalaraq yaxınları tərəfindən xəstəxanaya yerləşdirilmişdir.

Bu barədə məlumatı saytın rəhbəri Murad Həmidov özü vermişdir. “Adi vəziyyətdə Əcəmi Metrosunun yaxınlığında 3-4 nəfər mənə yaxınlaşıb orada dayanmamağımı israrla təkid etdilər. Mən səbəbini soruşmaq istəyəndə başqa bir nəfər arxadan başıma zərbə endirdi və onlar hamısı məni döyməyə başladılar. Gözlərim qaraldığından çox şey yadımda deyil. Hiss edirdim ki, sakitləşdirmək istəyənlərə məhəl qoymurdular. Sonra huşumu itirmişəm və ayıldığım zaman özümü Semaşko xəstəxanasında gördüm və bildim ki, ailə üzvlərim də oradadırlar”.

M.Həmidov baş verənlərin təsadüfi olub-olmadığına şübhə etdiyini, o cümlədən hər hansı şəxslə ədavətdə olmadığını bildirir. “Baş verən insidentlə bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə şikayət etmişəm və Məhkəmə Tibb Ekspertizasında göndəriş əsasında müayinə olunmuşam. Mətbuat vasitəsilə Daxili İşlər Naziri Ramil Usubova və Baş Prokuror Zakir Qaralova müraciət edirəm ki, mənə qarşı edilən bu vəhşi cinayətkarlıq hərtərəfli araşdırılsın və cinayətkarar cəzalandırılsın. Hal-hazırda sağlamlıq durumumla bağlı vəziyyətim heç də ürəkaçan deyil. Belə ki, tez-tez başım hərlənir və ürəkbulanma halları olur, gözlərim qaralır. Yəqin ki, bir müddət ciddi müalicə almalıyam”.

Sayt rəhbəri baş verənlərin onun fəaliyyətilə bağlı olmasını da istisna etmir: “Ehtimallarımdan biri də odur ki, baş verənlər informasiya saytındakı fəaliyyətimizlə bağlıdır. Çünki, həmişə çalışmışıq ki, obyektiv və doğru bildiyimiz məlumatları ictimaiyyətə çatdıraq. Görünür kimlərinsə bu xoşuna gəlmir”.

Filed in: Cəmiyyət, CİNAYƏT, Hadisə Tags: jurnalist döyüldü, Murad Həmidov, Murad Həmidova qarşı fiziki təzyiq, Sayt rəhbəri döyüldü
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar