Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ruslar San-Fransiskodakı konsulluğun bütün sənədlərini yandırıblar

5-09-2017, 15:49   
Ruslar San-Fransiskodakı konsulluğun bütün sənədlərini yandırıblar

Həmin sənədlərin kəşfiyyat fəaliyyyətinə aid olduğu güman edilir
ABŞ Rusiyanın San-Fransiskodakı konsulluğunu bağladıqdan sonra şəhər sakinləri bir gün boyunca konsullluğun binasının borularından qara tüstünün çıxdığının şahidi olublar. Bu sirli hadisə hər kəsin, xüsusilə mətbuatın marağına səbəb olub.

“Cümə günü 30 dərəcə isti olmasına rəğmən Rusiya konsulluğunda çalışan diplomatlar buranı tərk edəcəklərini bildikləri üçün otaqdakı buxarını işə salıblar. Hadisə yerinə gələn yanğınsöndürənlər geri qaytarılıb ki, bu da şayiələrin daha da artmasına səbəb olub.

Yanğınsöndürmə xidmətinin nümyəndəsinin söylədiyinə görə, yanğın elə-belə baş verməyib. “Onlar buxarıda nəyisə yandırırdılar”.
Bu cümlələr “Frankfurter Allgemeine” qəzetində çıxan yazıda yer alıb. Yazının başlığı da belədir: “Diplomatik tüstü siqnalları”.

“Foreign Policy” jurnalı da San-Fransiskodakı konsulluq, habelə Vaşinqton və Nyu-Yorkdakı ticarət nümaəyndəliklərinin binalarından qalxan müəmmalı tüstü hadisəsinə diqqət çəkib.

Jurnalda çıxan məqalədə hazırkı situasiyanın Trampa daha çox yaradığını, Ağ Evin rəhbərinin bunun sayəsində Rusiyadan asılı olmadığını göstərmək üçün əlinə fürsıt düşdüyü vurğulanıb.

“The New York Times” qəzeti isə “Rusiya konsullluğunda “sui-qəsd nəzəriyyəsi” olmadan tüstü çıxmır” başlıqlı yazı dərc edib.
“Havada əsl sui-qəsd nəzəriyyəsinin qoxusu gəlir. Ruslar konsulluğun binasında əldə olan bütün sənədləri yandırdılar”, - yazının müəllifi Tomas Fuller qeyd edir.

Картинки по запросу russia fire san francisco consulate

“Od olmayan yerdən tüstü çıxmaz. Özü də əgər bu tüstü Rusiya konsulluğunun borusundan çıxarsa bu o deməkdir ki, orada gizli sənədlər yandırırlar”, - İtaliyanın “Corriere della Sera” qəzetindən Paolo Valentino yazır.

Müəllif Rusyia-ABŞ tarixində bu tip hadisələrin ilk olmaıdğını bildirirərək tarixə müraciət edib:

“1979-cu ildə tikilməyə başlayan ABŞ səfirliyinin binasında yalnız DTK tərəfindən nəzarət edilən fəhələlər çalışırdı. Səfirlik o qədər “böcəklə” təchiz edilmişdi ki, ABŞ onların təmizlənməsi üçün əbəs yerə milyonlarla pul xərcləməli oldu. 1989-cu ildə isə Corc Buş administrasiyası binanın yerlə bir etmək haqqında düşünməyə başladı. Lakin 1991-ci ildə QKÇP qiyamından sonra DTK-nın yeni sədri Vadim Bakatin ABŞ səfiri Rober Straussun yanına gələrək öz əli ilə böcəklərin yerləşmə sxemini, həmçini səfirlik binasının altına qazılan tunelin yerini amerikalılara təslim etdi. Buna rəğmən indinin özündə də səfriliyin dinlənilmədiyniə dair təminat yoxdur”.

“Moskva və Vaşinqton öz aralarında yüksək tonla danışmağa başlayıb”, - Fransanın “Les Echos” qəzetinin məqaləsi belə başlayır.

Jurnalist Nikola Rolin San Fransiskodakı hadisəni ABŞ və Rusiya arasındakı gərgin müansibətlərin növbəti müəmması adlandıraraq Ağ Evin bağlanmasını əmr etdiyi bütün diplomatik nümayəndəliklərin borularından tüstü müşahidə edildiyini yazıb.

Картинки по запросу russia fire san francisco consulate

“Tramp və Putin cərimə tədbirləri ilə mübadilə edirlər. Lakin onlardan biri istehzaya səbəb olsa da digəri ciddi təhdid doğurub, - Almaniyanın “Tagesspiegel” qəzeti qeyd edir.

Qəzet məsələni teatr dili ilə təsvir edib.

Məqalədə diplomatik nümayəndəliklərin bağlanması işin satira və yumor hissəsinə aid edilir. Bunun sonrakı mərhələsinin, “Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında” müqavilənin ləğvinin drama çevriləcəyi, yeni silahlanma yarışının isə əsl faciə olacağı qeyd edilib..

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar