Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Günəşdən son 12 ilin ən güclü təhlükəsi gəldi: 3 gün ehtiyatlı olun - XƏBƏRDARLIQ

7-09-2017, 11:06   


Günəşdə son 12 ilin ən güclü alışması qeydə alınıb. Bu isə Avropa və Amerikada bir sıra fəsadlara yol açıb.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, Günəşdəki bu alışmanın Yerə təsiri qaçılmaz olub.

Rusiya Elmlər Akademiyasının alimi Sergey Qaydaş bildirib ki, alışmanın gücü maksimal həddə hesablanır.
6 sentyabrda baş verən alışma kosmik texnikaya və rabitə sisteminə təhlükə daşıyır. Artıq Amerika və bəzi Avropa ölkələrində bunun nəticəsi görünür.

Ekspertin sözlərinə görə, 7 sentyabrda səhər saatlarından etibarən maqnit qasırğası başlayacaq. Bu isə insanların özünü pis hiss etməsinə, xroniki xəstəlikdən əziyyət çəkənlərin səhhətinə mənfi təsir göstərəcək. Günəşdəki alışmanın Yerə təsiri 8-9 sentyabrda maksimal həddə müşahidə oluna bilər.

Xəzər
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar