![](/uploads/posts/2017-09/thumbs/1504962229_208428_res_00.jpg)
Bu gün Rusiyanın Çelyabinsk şəhərində silahlı və maskalı şəxslər “Bakinski dvorik” (“Bakı həyəti”) restoranını əhatəyə alıb.
Virtualaz.org sosial şəbəkə istifadəçilərinin məlumatlarına istinadən xəbər verir ki, maskalılar – xüsusi təyinatlı polislərdir və artıq “şərq simalı” bir neçə nəfəri həbs ediblər. Hadisə yeri onlar tərəfindən əhatə olunub.
“Bu gün “Bakı həyəti” restoranında “SOBR” Qafqaz mənşəli adamları qəbul edib. Kim nə bilir?” – sosial şəbəkədə Çelyabinsk sakini yazır.
Çelyabinsk vilayət polisinin mətbuat xidmətindən verilən məlumata əsasən, operativ-profilaktik tədbirlər çərçivəsində bəzi vətəndaşlar polis məntəqəsinə gətirilərək, onlarınn miqrasiya qanunvericiliyini pozub-pozmadıqları yoxlanılıb.
Hadisənin təfərrüatları hələlik məlum deyil. Virtualaz.org baş verənləri izləyir.