Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

YAZIÇILAR BİRLİYİ “26-LAR”dan AYDA 8 MİN ALIRMIŞ - Çingiz Abdullayevin sözləri yalan çıxdı+ FOTO

11-09-2017, 17:52   


Kafenin Yazıçılar Birliyinin rəhbərliyinə aidiyyatı varmış

Xəbər verildiyi kimi, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev Bakı meri Hacıbala Abutalıbovun bir neşə gün öncə qapatdığı “26-lar” adlı (“Twenty Six”) kafe ilə bağlı qalmaqala münasibət bildirərkən demişdi ki, həmin kafenin Yazıçılar Birliyinə məxsus ərazidə yerləşməsinin bu təşkilatın rəhbərlərinə aiddiyyəti yoxdur.
Ç.Abdullayev belə demişdi: “Hamı adi şeyləri anlamalıdır! Lakin görünür ki, heç də həmişə belə olmur. Yazıçılar İttifaqının rəhbərliyindən heç kimin “26” restoranına aidiyyəti yoxdur!”
Bu gün musavat.com-a göndərilən sənəddən isə görünür ki, “həmin kafenin Yazıçılar Birliyinə məxsus ərazidə yerləşməsinin bu təşkilatın rəhbərliyinə aidiyyatı” varmış.
Belə ki, məkanın icarə verilməsi haqqında müqavilə icarədar Ramil Ruslan oğlu Məmmədli ilə Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev arasında bağlanıb. Tərəflər müqaviləyə öz şərt və tələblərini də əlavə edərək imza adıblar. Bu müqaviləyə görə, icarədarlar hər ay müqavilə tərəfdaşlarına 8 min
manat pul verirmişlər.




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar