Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İzolyativ siyasətdən qopma: Əliyev Qərblə yanan körpüləri necə birləşdirdi? - İsti-isti..-.ÖZƏL

11-09-2017, 19:08   


Qarabağa qanunsuz səfərlər etmiş blogger Aleksandr Lapşinin əfv edilməsi və “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azad olunması Qazaxıstanda həll olundu.
Siam.Az-ın Analitik Mərkəzi yazır ki, iqtidar daxilindəki “beşinci kolon”un spekulyativ təxribatları çox çəkmədi.
Cəmi bir həftə ərzində təzyiqlər elə bir şiddət aldı ki, hakimiyyət Qərbdən gələn çağırış və təhdidlərə tab gətirmədi.
ABŞ senatında sanksiyaların hazırlanması xüsusi olaraq təşviş yaratmışdı. Artıq yumşalma və Qərblə korlanmış əlaqələri qaydasına salmaq vaxtıdır. Çünki bu siyasət Azərbaycanı izolyasiya edə və dünyada qopara bilərdi.
Ruspərəstlərin məkrli planı da məhz hakimiyyəti və prezident İlham Əliyevi dünya ilə düşmən eləmək idi. Amma Əliyev Qərblə yanmaqda olan körpüləri son anda birləşdirməyə nail oldu.
Prezidentin dünyəvi, demokratik prinsiplərə söykənən xarici siyasətihnə çomaq soxmaq istəyənlərin niyyəti baş tutmadı.
Ölkə başçısı Astanadan dönər-dönməz Lapşini əfv etməklə İsrail, Rusiyadan gələn hücumları dəf elədi, M.Əliyevi azadlığa buraxmaqla ABŞ və Qərblə əlaqələri düzəltdi.
Görünür ki, dövlət başçısı Astanada mühüm danışıqlar aparıb, ciddi mesajlar alıb və önəmli siyasi anlaşmalar əldə edilib.
Bu sazişlər seçkiqabağı strateji siyasətdə özünü mütləq şəkildə göstərəcək. Eləcə də müdafiə naziri Zakir Həsənovun İsrailə səfəri sıradan hadisə deyildi.
Rəsmi Bakı ABŞ və İsraillə münasibətlərə həssas yanaşır. 2018 seçkilərinə az qalmış strateji dilemma qarşısında qalan rəsmi Bakı neft müqavilələrinin müddətini uzatmaqla hakimiyyətin ömrünün uzanacağına işarə verdi.
Deməli, seçki həll olunub. Rusiyadan olan təhdidlər və 5-ci kolonun həbsləri həyata keçirməsi də bunu önləyə bilmədi.
Sadəcə, seçkidən sonra Azərbaycan iqtidarının avanqardı köhnə qvardiyadan təşəkkül tapmayacaq. Artıq Bakı qruplaşmasının diktəsi ilə hakim komanda idarə olunacaq.
Hakimiyyətin Qərbyönümlü siyasi kurs götürəcəyi ehtimalı 2018 seçkilərindən sonra daha aydın nəzərə çarpacaq. Bu hazırlıq projesi də məhz iqtidardakı 5-ci kolonun zəiflədilməsi ilə reallaşa bilər.
Azərbaycanda korrupsiyanın, rüşvətxorluğun, köhnə sistem qaydalarının mövcudluğunda maraqlı tərəf də məhzu bu klandır. Onlar islahatların düşməni rolunda çıxış edirlər.
Prezidentin iqtisadi reformalarına, ASAN xidmət modelinə, struktur islahatlarına qənim kəsilməyə çalışıblar.
Lakin İ.Əliyevin 2015-ci ildən başladığı yeni idarəçilik strategiyası tələb edir ki, hakimiyyət yeniləşsin, gəncləşsin, bürokrratik əngəllər aradan qaldırılsın, siyasi islahatlar sürətləndirilsin, Qərb dünyasında Azərbaycanın reputasiyasını zədələyən neqativ hallara yol verilməsin.
Bu baxımdan M.Əliyevin və Lapşinin azadlığa çıxması ciddi bir divident qazandıracaq. Məhz dünyanın gözləntiləri də bu addımların atılmasıydı. Bu siyasi xətt İ.Əliyevin köhnə komanda ilə vidalaşacağını deməyə əsas verir.
Seçkilərdən sonra avroatlantik məkana inteqrasiya sürətlənəcək. Neft müqavilələrinin ömrünü uzatmaq hakimiyyətin Qərbyönümlü siyasi xətt götürəcəyi deməkdir. Bu halda avanqard islahatçı Bakı qruplaşmasından təşkil oluna bilər.
Siam.Az-ın Analitik Mərkəzi yazır ki, Azərbaycanın yolu Qərbə inteqrasiya və demokratik idarəçilik, liberal iqtisadiyyatdır. Kremldən zaman-zaman təzyiqlər olsa da, Bakı balanslaşmış xarici siyasətini davam etdirə bilər.
İ.Əliyev 2018-ci il seçkilərindən sonra komandada həm kosmetik, həm real dəyişikliklərə gedəcək.
Lakin indi komandanın köklü şəkildə demontaj edilməsinə zərurət yoxdur. Bu, həm də seçkiqabağı iqtidardan çıxan müxalifətin formalaşmasına səbəb ola bilər.
Onsuz da komanda daxilində narazılar var və onlar referendumdan sonrakı idarəçilikdə mövqelərinin zəifləməsindən gileylidirlər. Odur ki, bu qüvvələrin mərkəzdənqaçma meylləri yarana bilər.
İ.Əliyev isə 2018 seçkilərini sakit və rahat şəkildə başa vurmaq arzusundadır. Ona daxildə pulu olan oliqarxiya müxalifəti lazım deyil.
Prezident “yorulmuş at”ları seçkidən sonra təntənəli şəkildə vəzifədən kənarlaşdıracaq.
Məsələn, PA rəhbəri Ramiz Mehdiyev, baş nazir Artur rasi-zadə, Bakı meri Hacıbala Abutalıbov, müavini Abid Şərifov, Yaqub Eyyubov, müdafiə sənayesi naziri Yavər Camalov köhnə qvardiya üzvləridirlər.
Eyni zamanda yaşanmış icra başçıları, komitə sədrləri də vəzifələri ilə vidalaşmalı olacaqlar. 2018-dən sonrakı komanda Bakı qruplaşmasından əsasən təşkil olunacaq. Yəni, iqtidarın avanqardı Bakı klanının potensialından təşəkkül tapacaq.
Bakı klanının M.Əliyevanın prezidentliyini irəli sürməsinə zərurəti yoxdur. Bu qruplaşma onsuz da referendumdan sonra elə bir revanş götürdü ki, tamamilə hakimiyyəti ələ almaqdadır.
Belə demək mümkünsə, İ.Əliyev 2018-ci il prezident seçkilərində hakimiyyətə Bakı klanının çiyinlərində gələ bilər. Bu klanın daha modern, Qərb təhsilli kadrlardan təşəkkül tapması reformalara müəyyən ümidlər verir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar