Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qərb cəbhəsində sakitlik: Moskva düyünü isə seçki qutusunda - Dosye...ÖZƏL

14-09-2017, 17:42   
Qərb cəbhəsində sakitlik: Moskva düyünü isə seçki qutusunda - Dosye...ÖZƏL
Azərbaycan hakimiyyəti xaricdən gələn təzyiq kampaniyasını əfv fərmanı ilə dayandırdı. Nardaran məhbusları azad olundu, Lapşin əfv edildi, Mehman Əliyev həbsdən buraxıldı və beynəlxalq təşkilatlar, ATƏT və digərləri qərarı alqışladılar.
Rəsmi Bakı Qərblə münasibətlərin korlanmasını dərinləşdirməmək üçün təcili addımlar atdı. Ən əsası da ABŞ senatından sanksiyalar sənədinin hazırlanması hökuməti məhvərindən oynatdı.
Siam.Az-ın mötəbər mənbələrdən əldə etdiyi xəbərdə qeyd olunur ki, hakimiyyətin Avropa ilə yaxınlaşması gözlənilir. 2018-ci il seçkiləri bitənə qədər rəsmi Bakı Qərblə əlaqələrində status-kvonu saxlamağa cəhd edəcək.
Amma Rusiya ilə həll edilməmiş yarımçıq problemlər mövcuddur. Bu narahatlıqlar aradan qaldırılmadığı halda ABŞ-la yaxınlaşma Moskvanı seçkiqabağı bir qədər də qıcıqlandıra bilər.
İlk növbədə neft müqavilələrinin müddətinin uzadılması faktına diqqət çəkmək vacibdir. Bakı enerji layihələri və iqtisadi siyasətində Avropadan qopmaq istəmir, Kremlin təzyiqləri olsa belə...
Bu isə Azərbaycan hakimiyyətinin seçkiöncəsi Qərb və ABŞ-la seçkinin taleyini razılaşdırdığı anlamına gəlir. Deməli, Qərb cəbhəsində sakitlikdir və yerdə qalır “rus ayı”sın sakitləşdirmək.
Amma bu yerdə rəsmi Bakı yamanca axşamlayıb. ÜAK problemindən tutmuş 5-ci kolona qədər seçkiqabağı bütün təzyiq vasitələri işə salınacaq.
Hətta müxtəlif təxribatlar da istisna edilmir. Bu düyünü çözmək isə asan olmayacaq. Moskva nə göz yaşlarına inanır, nə də Qərb kimi bəyanatlar səviyyəsində təzyiq göstərir.
Rusiyanın iş adamlarına, soydaşlarımıza təzyiq etmək, diaspora gücümüzü yox eləmək, seçki projesi ilə meydana çıxmaq, 5-ci kolonun öz namizədini irəli sürmək resursları var. 2013-cü ildə də Rusiya öz seçki planı ilə siyasi səhnəyə çıxmışdı, eləcə də Quba və İsmayıllı üsyanlarında rus izi ehtimalı da vardı.
Yəni, okeanın o başından Azərbaycana uzanan əllərlə müqayisədə “rus ayı”sının pəncələri daha yaxında və iridir. Odur ki, Bakı Moskva ilə həll edilməmiş problemləri həll etməlidir.
Siam.Az-ın əldə etdiyi xəbərə görə, Rusiya yeni namizədlə ortaya çıxacaq. Deputat Yevda Abramov da çıxışında bu proyekti istisna etməmişdi.
Moskva 2018 seçkilərində hakimiyyətdən istədiklərini almağa çalışacaq. Təbii ki, rəsmi Bakının qarşısında Avrasiya İttifaqına üzvlük öhdəliyi hələ aktual deyil.
Amma Avropa Birliyi ilə müqavilə ərəfəsində Mehman Əliyevin həbsi sübut etdi ki, iqtidarın Qərbə tərəf yaxınlaşmasını istəmirlər. Ona görə də Avrasiya İttifaqına qoşulmaq seçki vaxtı əsas seçim kimi qarşıya qoyula bilər.
Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllində hələ ki, Moskva aparıcıdır. Moskva öz orbitindən kənara nə Yerevanı, nə də Bakını buraxmaq istəyir.
Ona görə də seçki dövründeə cəbhə xəttində erməni separatçılarılarının əli ilə təxribatlar olacağı gözləniləndir.
Rusiya Ermənistanda keçirilən seçkilərdə də cəbhə xəttində vəziyyəti gərginləşdirir ki, İrəvan Qərbə tərəf çox yıxılmasın. Eləcə də Azərbaycanda hər seçkiqabağı təxribat xarakterli hadisələr olur.
Rəsmi Bakı mətbuatda anti-Kreml ritorikasının güclənməsini önləyir ki, “ağ ayı” qıcıqlanmasın. Çünki gərginləşən vəziyyət daha dramatik şəkil ala bilər.
Rusiya administrasiyası Azərbaycanı siysai şantajla hədələyir və neft kəmərini nəzarətə götürməklə ölkəni işğal edə biləcəyinə eyham vururdu.
Əlbəttə, Ukrayna və Gürcüstanı bölən Rusiyanın güclü dövründə Azərbaycana batması mümkündür. Krım, Luqans, Donetsk, Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ münaqişə ocaqlarının üstünə birini də əlavə etmək Kreml üçün problem deyil.
Bakı Lapşinin ekstradisiyası ilə göstərdi ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və ora qanunsuz səfər etmiş şəxs Azərbaycanın daxili qanunvericiliyi ilə mühakimə olunmalıdır.
Onun azad edilməsi də İsrailin arzuları ilə baş tutdu. Yəni, Bakı həm də Rusiya vətəndaşı olan Lapşinlə bağlı Moskvanın çağırışlarını nəzərə almadı.
Bütün bunlar deməyə əsas verir ki, gələn ilki seçkilər ərəfəsində şimal qonşu ilə problemlər var və onlar həllini tapmalıdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar