Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“”Referendum”un nəticələri bizim üçün yox hökmündədir” -Türkiyənin baş naziri

25-09-2017, 14:52   


“Bu “referendum” barış və sabitlik gətirməyəcək, mövcud xaosu, böhranı və problemləri daha da artıacaqdır”. “Report” Hürriyet-ə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım “CNN Türk”, “NTV”, “Habertürk” və “A Haber” televiziyaları təmsilçilərinin suallarını cavablandırarkən deyib.

O deyib : “Türkiyə, İran başda olmaqla BMT-yə üzv ölkələr bu “referendum”a qarşı mövqelərini ortaya qoyublar. Ancaq İraqın şimalındakı yerli hökumət bir inad nümayiş etdirdi, bu “referendum”u keçirir. Biz açıq-aşkar elan etdik, bu “referendum”un nəticələrini tanımırıq. Bu, bizim üçün yox hökmündədir. Bunun barış və sabitliyə heç bir təsiri olmaycaq. Əksinə, mövcud xaosu, böhranı və problemləri artıracaq. Yerli hökumət təəssüf ki, orada yaşayan kürdlərin, ərəblərin, türkmənlərin, yezidilərin və başqa etnik qrupları təmsil edən insanların gələcəyini düşünmədən, nəzərə almadan öz şəxsi ehtiraslarının nəticəsində bu qərara gəliblər”.

Baş nazir vurğulayıb ki, İraqın şimalında keçirilən “referendum”la bağlı üç istiqamətdə fəaliyyət göstərəcəklər: “Birincisi, iqtisadi, ikincisi, siyasi-diplomatik, üçüncüsü isə təhlükəsizlik və hərbi istiqamətdir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar