![](/uploads/posts/2017-09/thumbs/1506496354_ikby-nin-yumurtasi-bile-turkiye-den-10070256_7875_o.jpg)
Şimali İraq Kürd Muxtariyyatının rəhbəri Məsud Bərzaninin bütün etirazlara məhəl qoyamayaraq referendumu keçirməsi diqqəti Türkiyəyə yönəldib. Türkiyənin Bərzaninin bu qərarına qarşı hansı təpkilər verəcəyi maraq doğurur.
Məsələ burasındadır ki, İraq Türkiyənin ən çox ixracat etdiyi 5 ölkədən biridir. Şimali İraq isə enerji xətlərində olduğu kimi ərzaq təminatında da Türkiyəyə bağlıdır. İl ərzində ölkənin ixracatının ümumilikdə 155 milyard dollar olacağı gözlənilir. Şimali İraqa ticari sanksiyalar tətbiq edildikdən sonra bu rəqəmdə 7,6 milyard dollarlıq "açıq" yaranacaq.
Cebhe.info xəbər verir ki, Türkiyə mətbuatı referendum barədə yazılarında Bərzani haqqında "Çulsuz avtoritet: Yumurtası da Türkiyədən gedir" ifadələrini işlədib. Çünki Şimali İraq əhalisinin yumurtaya olan ehtiyacı bütünlüklə türk istehsalçilar tərəfindən ödənilir. İraqa həftəlik 200 TIR-dan artıq yumurta göndərilir.
Türkiyə İxracatçılar Məclisinin başqanı Mehmet Büyükekçi isə bildirib ki, İraqa 2016-ciı ildə ixrac edilən malların dəyəri 7,6 milyard dollar olub: “Bu ilin 8 ayında isə bu rəqəm 5,6 milyard təşkil edib. Ancaq bizim üçün milli təhlükəsizlik gündəmə gəldikdə, ticarət olmaz".
“Global Energy Research Partners” Strateji və Araşdırma Direktoru Emin Emrah Danış kürd müxtariyyətinin əsas dayağının neft olduğuna diqqəti çəkərək "Neftdən əldə etdiyi qazancı əlindən al, bəsdir",- deyə bildirib. Ceyhan limanı üzərindən gündə 500 min barrel neft ixrac edilir ki, referendum buna da təsirsiz qalmayacaq.
Xəzər
Cebhe.info