![Vaqif Aydınoğlu ATV-nin vitse-prezidenti oldu - AÇIQLAMA](http://www.unikal.org/photos/unikal/59cb951f40efb_atv.jpg)
"Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğluya çalışdığı kanalda yüksək vəzifə verilib.
Unikal.org-a daxil olan məlumata görə, "Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) yeni prezidenti Azər Xəlilov Vaqif Aydınoğlunu kanalın vitse-prezidenti postuna gətirib.
O da bildirilir ki, A.Xəlilov CBC televiziyasının rəhbəri vəzifəsini də daşıdığı üçün hələlik ATV-də icraçı direktor vəzifəsi Vaqif Aydınoğluna tapşırılıb.
Məsələ ilə bağlı Unikal.org Vaqif Aydınoğlu ilə əlaqə saxlayıb. O, təyinatla bağlı rəsmi qərarın olmadığını bildirsə də, hazırda kanalda icraçı direktor vəzifəsini daşıdığını təsdiqləyib:
"Hələlik icraçı direktor vəzifəsini icra edirəm. Amma təyinatla bağlı rəsmi qərar olmadığından bu barədə heç nə deyə bilmərəm”.