Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Havalar soyuyacaq: İşığı söndürüb, qazı kəsəcəklərmi? - Rəsmilər cavab verir

27-09-2017, 22:53   

Payız mövsümünün gəlişi ilə əlaqədar insanları xüsusilə, qaz, işıq, su təminatı narahat edir. Maraqlıdır, bu dəfə qışa hazırlıq necə gedir? Bu sahəyə cavabdeh olan qurumların payış-qış hazırlığı qənaətbəxş olacaqmı?

Cebhe.info əməkdaşı mövzu ilə əlaqədar aidiyyəti qurumlarla əlaqə saxlayıb.

Ötən qışda Bakı şəhəri üzrə istiliyin verilməsində problemlər az olmadı. Problemlərin səbəbi müxtəlif oldu. Bu payız-qış mövsümündə istehlakçıları hansı problem gözləyir?

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Cebhe.info-ya açqılamasında görülən işlərdən danışıb:

“Noyabrın 15-dən istilik mövsümünə başlanılması nəzərdə tutulub. Artıq aprelin 15-dən etibarən 2017-2018-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar işlərə start verilib. Aprelin 15-dən etibarən məhəllədaxili magistral istilik xətləri təzyiqlə yoxlanılıb, zədəli hissələr müəyyənləşdirilib. Sonda istilik xətləri bir daha hidravlik təzyiqlə yoxlanılaraq təzyiqə dözümlülük müəyyənləşdirilib. Planımızda var ki, oktyabrın 15-dək işləri yekunlaşdıraq. Bəzi rayonların mərkəzi istilik sistemində təmir işləri aparılır”.

R.Əliyevin sözlərinə görə, ötən ilin payız-qış mövsümündə heç bir qazanxanada problem olmayıb:

“Qaz və suyun verilişində hər hansı problem olmayacaqsa, qazanxanalar normal fəaliyyətini davam etdirəcək. Ötən il belə problem olmayıb”.

İl boyu redaksiyamıza daxil olan şikayətlərin böyük qismi mavi yanacağın verilməsinin məhdudlaşdırılması ilə əlaqədar olub. Müxtəlif rayonlarda mavi yanacağın verilişinin dayandırılması problemlər yaradıb. Bu il də bənzər problemlər yaşanacaqmı?

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev da görülən işlərdən, qışa hazırlıqdan danışıb:

“2017-2018-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz təbii qazla təmini, təbii qazdan təhlükəsiz istifadə, qaz təsərrüfatının ahəngdar fəaliyyətini təmin etmək məqsədi ilə Azəriqaz İstehsalat Birliyi tərəfindən tədbirlər planı pazırlanıb. Bu plana uyğun olaraq cari ilin 8 ayında 25 min 939 p/metr uzunluqda müxtəlif diametrli qaz xəttləri təmir edilib, yeni xəttlər çəkilib. 274 ədəd qaztənzimləyicisi quraşıdırlıb, hazırda da bu istiqamətdə görülən işlər davam etdirilir. Əhali tələbata uyğun təbii qazın verilməsi ilə təmin edilir. İsti aylarla müqayisədə qışda tələbat 2-3 dəfə artıq olur. Qışda da mütəmadi olaraq təhlükə yaradan hissələr yenilənir, qaz təchizatı şəbəkəsində işlər görülür”.

İ.Kərabalayev bildirib ki, 8 ay ərzində 40 yaşayış məntəqəsində qazla təminatla bağlı işlər həyata keçirilib:

“958.3 kilometr qaz kəmərləri quraşdırılıb, 143.3 kilometr qaz xətləri isə əsaslı təmir edilib. Mütəmadi olaraq yeniləmə işləri aparılır. Havalar soyuduqca təbii qazın verilişində də artım müşahidə edilir. Yeni qaz xətlərinin çəkilməsi, binaların qazla təminatı mavi yanacağın verilişində məhdudiyyətlər yarada bilər. Lakin ötən il hansısa rayonda mavi yanacağın verilişinin dayandırılması ilə bağlı elə kütləvi hal olmayıb”.

“Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev bu qışda işığın verilməsində ciddi problemlərin yaranmayacağını deyib:

“Hazırlıq yüksək səviyyədə davam edir. Son iki ayda 7 yarımstansiya istismara verilib. Artıq bütün rayonlarda problemlər aradan qalxıb. Yeni stansiyaların yaranması əlavə xərc olmayıb. Bu yarımstansiyalar öncəkilərin yerində yarandığı üçün əlavə vəsait tələb olunmayıb. Bu səbəbdən də bahalaşmadan söhbət getmir”.

Daha çox problemlərlə qarşılaşan şimal-qərb bölgəsinin sakinlərinə də şad xəbər var:

“Şimal-qərb bölgəsində, Qax, Zaqatala, Gdəəbəy, Şəmkir, Samux, Neftçala, Salyanda yarımstansiyalar fəaliyyətə başlayıb. 782 ədə komplekt transformator məntəqəsi inşa olunub. Yeni kabel xəttləri çəkilir, küləyə, yağışa davamlı kabellər çəkilib”.

Nigar Məhərrəm
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar