Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Lütfi Zadənin nəşi Bakıya gətirilib - Foto

29-09-2017, 07:30   
Lütfi Zadənin nəşi Bakıya gətirilib - Foto

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin nəşi Bakıya gətirilib.



"Report" xəbər verir ki, alimin Azərbaycanda dəfn olunması arzusuna müvafiq olaraq, onun nəşi Vətənə gətirilib.



Qeyd edək ki, bununla bağlı, sənədləşmə və hazırlıq işləri aparılıb. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında mərhumla vida mərasimi keçiriləcək. Mərasimdən sonra Heydər Məscidində cənazə dəfn üçün hazırlanacaq və cənazə namazı qılınacaq. Kaliforniya Universitetinin professoru, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi sentyabrın 6-da, Kaliforniya vaxtı ilə səhər saat 7:30 radələrində dünyasını dəyişib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar