Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əhalini təşvişə salan qərarla bağlı AÇIQLAMA – Devalvasiya məsələsinə toxunmadı

29-09-2017, 15:15   


Sabah banklar üçün rəsmi iş günü elan edilməsi əhalini təşvişə salıb. Çoxları sabah devalvasiyanın olacağından şübhələnirlər.

“Marja” xəbər verir ki, Mərkəzi Bank qərar ilə bağlı sorğulara cavabında məzənnə və devalvasiya məsələsinə toxunmayıb.

“III rübün başa çatması ilə əlaqədar olaraq dövlət büdcəsinə daxilolmaların kütləviliyini, xərclərin aparılmasının rəvanlığını və hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi iş günü elan olunmuşdur. Bununla bağlı kommersiya banklarına rəsmi bildiriş göndərilmişdir”,- Mərkəzi Bank sorğulara cavabında bildirib.

Qeyd edək ki, Azərbaycanda devalvasiyalar ayların 21-ci günü və şənbə günü elan olunmuşdur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar