![](/uploads/posts/2017-09/thumbs/1506789439_ordu.jpg)
Türkiyə Silahlı Qüvvələrinə (TSQ) məxsus hərbi-polis alayları Suriyanın İdlib vilayətində yaradılan təhlükəsiz əraziyə yerləşdirilib.Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilib.
Bəyanatda bildirilib ki, 3 qarant ölkədən (Rusiya, İran və Türkiyə) yalnız Türkiyə tərəfi hələlik atəşkəsə nəzarət edəcək.
Qeyd edək ki, İdlib təhlükəsizlik bölgəsinə Latakiya, Hələb və Həma şəhərləri də daxildir.