Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İstilik daha tez verilə bilərmi? - Günün sualına CAVAB

2-10-2017, 14:59   


Bir çox ekoloqlar da bildirir ki, buzlaşma dövrü yaxınlaşdığı üçün fəsillərin sayı azalacaq. Yalnız yay və qış fəsli olacaq. Havaların iyuldan etibarən isinməsi və avqustun sonları, sentyabrın əvvəllərindən etibarən kəskin dəyişməsi ilə temperatur aşağı düşdü. Havaların soyuması, temperaturun kifayət qədər aşağı düşməsi təhsil müəssisələrində də problem yaradıb.

Havalar bu qədər soyuq keçirsə, niyə istilik sistemləri işə salınmır? Maraqlıdır, istilik mövsümünə daha tez start vermək mümkündürmü?

Bu suallara cavab tapmaq üçün “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevlə əlaqə saxladıq. R.Əliyev bildirib ki, istilik mövsümü təhsil, səhiyyə müəssisələri, uşaq bağçaları və digər təşkilatlarla “Azərisitiliktəchizat” ASC arasında bağlanan müqaviləyə əsasən həyata keçirilir. Adətən bu müqavilə 5 ayı əhatə edir:

“Dağlıq rayonlarda isə bu müqavilə 6 aylıq bağlanır. Tarif Şurasının qiymətlərinə müvafiq olaraq, 1 kub metr üçün 25 qəpik hesablanır. Hər hansı təşkilat müqavilədən əlavə, vaxtından tez istiliyin verilməsi ilə bağlı müqavilə bağlamaq istəyirsə, müraciət etməlidir. Ödənişə zəmanət veriləcəyi halda bu müraciətə baxıla bilər”.

Qurumun rəsmisi bildirib ki, bu vaxtadək təhsil müəssisələrindən onlara rəsmi müraciət edilməyib. R.Əliyevin sözlərinə görə, qazanxanalara verilən istiliyin temperaturu ətraf-mühitin havasından asılı olacaq: “Otaq temperaturu əldə olunanadək qazanxanadan istilik verilir. 155 baxça, 280 məktəb, 150-dək səhiyyə və 900-ədək digər müəssisələr "Azəristiliktəchizat"ın istilik sisteminə qoşulub."

R.Əliyev vurğulayıb ki, “Azəristiliktəchizat” ASC-nin mənbələrinə qoşulan məktəblərin qazanxalarında heç bir problem aşkarlanmayıb.

Nigar Məhərrəm
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar