Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“MİLK PRO” MMC – Qida sənayemizin “Sevimli dad” brendli nəhəngi

11-10-2017, 11:05   
“MİLK PRO” MMC – Qida sənayemizin “Sevimli dad” brendli nəhəngi

Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin, xüsusilə də qeyri-neft sektorunun inkişafı, bu inkişafın müasir tələblər səviyyəsinə çatdırılması dövlət siyasəti səviyyəsində qarşıya qoyulan prioritet vəzifələrdən biridir. Təsadüfi deyildir ki, prezident İlham Əliyev də dəfələrlə qeyri-neft sektorunun inkişaf etdiriməsinin vacibliyinə diqqət çəkmiş, bu inkişafın ölkəmizin tərəqqisi üçün həyati önəm kəsb etdiyini vurğulamışdır.
Bu baxımdan qida sənayesinin inkişafı müstəsna önəm kəsb edir. Çünki qida sənayesinin lazımi səviyyədə inkişafı hər şeydən öncə ölkəmizin ərzaq təhlükəsizliyi baxımından təmini deməkdir ki, bu da sadəcə sosial rifah məsələsi deyil, həm də milli təhlükəsizliyimizin tərkib hissəsədir. Bu baxımdan son illər ölkəmizdə yeyinti sənayesinin inkişafı sevindiricidir. Bu gündən etibarən ölkəmizdə fəaliyyət göstərən sənaye və istehsalat müəssisələri ilə bağlı yeni layihəyə start veririk. Məqsədimiz milli iqtisadiyyatımızın qürur mənbəyi olan həmin istehsalat müəssisələrini istehlakçılara daha yaxından tanıtmaq, onların istehsal etdiyi məhsullar haqqında vətəndaşlara ətraflı məlumat vermək və insanları yerli məhsulların istehlakına təşviq etməkdir. Saytımızın bu qəbildən oxuculara tanıtmağa çalışdığı ilk şirkət isə “MİLK PRO” MMC, onun Yeni Bakı Süd Kombinatıdır.
32 çeşidli məhsul və doyulmaz dad mənbəyi…
Azərbaycanın qida sənayesində özünəməxsus yer tutan “MİLK PRO” MMC şirkətinin respublikamızda bir neçə müəssisəsi mövcuddur ki, bunlardan biri Bakının Hövsan qəsəbəsində yerləşən Yeni Bakı Süd Kombinatıdır. Istehsal gücünə və məhsul çeşidinə görə qida sənayemizdə qabaqcıl yerlərdən birini tutan bu müəssisə Avropa standartları səviyyəsində məhsul istehsalına imkan vern bütün zəruri avadanlıqlarla təmin edilib. Burada süddən müxtəlif məhsullar, eləcə də, qatıq, ayran, dovğa, smetan, qaymaq, yağ və s. emal edilir ki, həmin məhsullar respublikamızın bütün bölgələrinə göndərilir. Bütövlikdə sözügedən müəssisədə 32 çeşiddə məhsul istehsal edilir ki, həmin məhsullar istehlakçılara “Sevimli dad” brendi altında təqdim edilir. Məlumat üçün qeyd edək ki, “Sevimli dad” brendi yalnız “MİLK PRO” MMC-ə məxsusdur və bu məhsullar sözün həqiqi mənasında öz ləzizliyi, doyulmaz dadı ilə diqqət çəkir.

Yerli xammal və Qərb texnologiyasının ərsəyə gətirdiyi vazkeçilməz qidalar…
Şirkət direktoru Bəhlul Ramazanovla söhbətimizdə bəlli olur ki, “MİLK PRO” MMC daxili bazara çıxartdığı bütün məhsullar yerli xammal əsasında emal edilir və istehsal prosesi zamanı məhsulun yüksək keyfiyyətlə emalına ciddi nəzarət olunur:
“Müəssisəmiz gün ərzində 200 ton südü qəbul etmək imkanına malikdir. Biz tamamilə yerli xammal əsasında fəaliyyət göstərir, məhsullarımızın maksimum keyfiyyətlə istehsalına diqqət yetiririk. Müəssisəmizdəki müasir avadanlıqlar, kollektivimizin öz işinə son dərəcə məsuliyyətlə yanaşması bazara keyfiyyətli məhsul çıxartmağımıza imkan verir. Məhz bunun nəticəsidir ki, məhsullarımıza yalnız daxili bazarda deyil, xarici ölkələrdə də ciddi maraq mövcuddur. İstehsal etdiyimiz məhsullar daxili bazarda yer almaqla yanaşı, həm də Rusiya və Pribaltika ölkələrinə ixrac edilir. Bundan başqa, yaxın gələcəkdə məhsullarımızın Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və Qazaxıstana ixracını da planlaşdırırıq. Bu istiqamətdə müvafiq iş gedir. Ümid edirəm ki, bütün bu işlər yaxın zamanda arzuedilən sonluqla yekunlaşacaq.
Mən bizə, eləcə də ölkədəki bütün sahibkarlara yaratdığı optimal şəraitə görə ölkə başçısına təşəkkür edir, sahibkarlar adından prezidentimizə öz minnətdarlığımı bildirirəm. Çünki məhz cənab prezidentin sahibkarlığın inkişafı üçün yaratdığı şərait bizə öz iqtisadi gücümüzü artırmağa, rəqabətədavmlı məhsullar istehsal etməyə, yeni uğurlar və nailiyyətlər əldə etməyə imkan verir”.

Holland pendirinin ölkəmizdəki yeganə istehsalçısı…
Müxtəlif adlarda onlarla məhsul istehsal edən “MİLK PRO” MMC həm də sarı pendir adı ilə tanınan “Holland” pendirinin ölkəmizdəki yeganə istehsalçısıdır. Hansı ki, sözügedən şirkət bu pendirin 5 müxtəlif növünü istehsal edir.
MİLK PRO” MMC ölkəmizdəki məşğulluq probleminin həllinə də öz töhfəsini verməkdədir. Belə ki, sözügedən şirkətin bir tək Yeni Bakı Süd Kombinatında 60-dan çox insan daimi işlə təmin olunub. Yaxın gələcəkdə müəssisələrin istehsal gücünün artırılması daha çox insanın işlə təminatına yol açacaq ki, bu da məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərəcək.
“Qida sənayemizdə inkişaf var və bu inkişaf bizi sevindirir”

Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov qida sənayesinin inkişafının mühüm önəm kəsb etdiyini vurğuladı:
“Azərbaycanda qida sənayesində inkişaf çoxdur və bu inkişaf bizi sevindirir. Azərbaycan son vaxtlar ərzaq təhlükəsizliyi proqramı çərçivsində özünü qida məsullarıyla xeyli dərəcədə təmin etməyə başlayıb. Lakin buna baxmayaraq, biz xaricdəndə müəyyən məhsulları idxal etməyə məcburuq. Taxıl və s. kimi məhsullar var ki, onların bir qismini xaricdən alırıq. Ət, kərə yağı kimi məhsullar da bu qəbildəndir. Biz 100% özümüzü ərzaqla təmin edə bilmirik. Bu baxımdan ixracdan asılılığımızı azaldan müəssisələrin mövcudluğu, bu qəbildən yeni müəssisələrin yaradılması ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Çünki ölkəmiz ərzaq məhsullarına olan tələbatı daxili imkanları hesabına ödəməkdə, iqtisadiyyatı mahiyyət etibari ilə yeni səviyyəyə qaldırmaqda maraqlıdır. Ölkə başçısının qeyri-neft sektorunun mühüm tərkib hissələrindən biri olan qida sənayesinin inkişafı üçün yaratdığı şərait, bu istiqamətdə atdığı addımlar bunu bir daha sübut edir.
Hesab edirəm ki, iş adamları ölkə başçısının sahibkarlığın inkişafı, iqtisadiyyatımızın hərtərəfli inkişafı üçün yaratdığı imkandan maksimum bəhrələnməyə çalışmalı, bu imkanları lazımınca dəyərləndirməlidir”.

Kimyəvi və bakterioloji laboratoriya müayinəsi – gigiyenik tələblərə yüksək diqqət!
“MİLK PRO” MMC-nin Yeni Bakı Süd Kombinatında istehsal edilən məhsulların yüksək keyfiyyətini təmin etmək üçün müəssisə daxilində kimyəvi və bakterioloji laboratoriyalar fəaliyyət göstərir. Hansı ki, bu laboratoriyaların işi yalnız müəssisəyə təqdim edilən xammalın keyfiyyətini, onun yararlılıq dərəcəsini müəyyənləşdirmək deyil. Müəssisə daxilindəki bu laboratoriya emal edilən məhsulu hər bir istehsal mərhələsində yoxlamağa, onun keyfiyyətini başdan sona qədər nəzarətdə saxlamağa imkan verir. Bütün zəruri tibbi-texniki avadanlıqla təmin edilən bu laboratoriyalar sayəsində gigiyenik tələblər baxımından ən xırda risk təşkil edən halları belə müəyyənləşdirmək, onları dərhal aradan qaldırmaq mümkündür.
Bir sözlə, “MİLK PRO” MMC-nin istehsal müəssiələrində bütün sistem istehlakçıların keyfiyyətli, ekoloji və gigiyenik baxımdan təmiz məhsullarla təminatına hesablanıb. Yerli və xarici istehlakçıların “MİLK PRO” MMC-nin “Sevimli dad” brendli məhsullarına göstərdiyi marağın ən böyük sirri də məhz budur.
Seymur Əliyev




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar