![](/uploads/posts/2017-10/thumbs/1508235732_qar-bakii.jpg)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində oktyabrın 16-ı gündüzdən 17-i səhərədək hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Abşeron yarımasında və Abşeron dəniz rayonunda arabir güclənib.
Öncəki günlərlə müqayisədə ötən gün havanın temperaturunun qəfil aşağı düşməsi qarın yağacağından xəbər verə bilərmi?
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Cebhe.info-ya açıqlamasında havaların qəfil soyumasının səbəblərindən danışıb:
“Cənub küləyi əsdikdə havalar isti olur. Külək istiqamətini dəyişən kimi havalar soyuyub, yağış yağıb. Yayda şimal-qərb, şimal-şərq küləyi əsdikdə havalar sərinləşir, qışda isə bəzən belə temperaturda şaxta, qar yağması müşahidə edilir. Havanın temperaturunun kəskin aşağı düşməsi külək axınından asılıdır”.
Ekspert qarın yağma ehtimalından danışıb: “Bakıda qar yağmayacaq. Çünki paytaxtın hava temperaturu bir o qədər də aşağı düşməyib. Ola bilər yağsın, lakin qar torpaqda qalmayacaq. Yerə palçıq lazım deyil”.
Nigar
Cebhe.info