![](/uploads/posts/2017-10/thumbs/1508236553_araz.jpg)
Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadənin oğlu onun müavini seçilib.
Publika.az xəbər verir ki, oktyabrın 15-də ASDP-nin XIII qurultayı keçirilib.
Qurultayda A.Əlizadə yenidən ASDP-nin sədri seçilib. Oğlu Səməd Əlizadə beynəlxalq məsələlər üzrə müavin, Təhməz Məmmədov, Günel Babayeva və Cavanşir Əsədov isə digər məsələlər üzrə müavin seçiliblər.