Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ -da kilsəyə silahlı hücum - 27 ölü, 30 yaralı - yenilənir

6-11-2017, 08:31   




ABŞ-ın Texas ştatında naməlum şəxs tərəfindən “Birinci Baptist” kilsəsinə silahlı hücum təşkil edilib.

Axar.az xəbər verir ki, ilkin məlumata görə olay nəticəsində 10 nəfər ölüb.

Cinayətkarın isə polis tərəfindən atəş açılaraq zərərsizləşdirildiyi deyilib.

Faktla bağlı araşdırmalar aparılır.

***

ABŞ-ın Texas ştatının San-Antonio şəhəri yaxınlığında yerləşən baptist kilsəsində naməlum şəxs atəş açıb.

"Report" "Kens 5"ə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, insident nəticəsində 27 nəfər ölüb. Onların arasında çoxlu sayda uşaqların olduğu bildirilir.

Polisin məlumatına görə, atəş açan şəxs zərərsizləşdirilib.

***

Musavat.com bildirir ki, hadisə ştatın Sutherland Springs bölgəsində baş verib. Silahlı bir nəfər kilsəyə girərək ətrafa atəş açmağa başlayıb. Nəticədə 27 nəfər ölüb, 24 nəfər isə yaralanıb. Şahidlərin dediyinə görə, silahlı şəxs əvvəl ərtafa atəş açıb, daha sonra silahını yenidən doldurub. Hadisə baş verən vaxt kilsədəki ayındə təxminən 50 nəfərin iştirak etdiyi bildirilir.

***

Yerli mətbuatın yazdığına görə, silahlı hücumu təşkil edən şəxs əvvəl evdə öz ailəsini öldürüb, daha sonra kilsəyə gələrək qətliam törədib. Hazırda FBİ hadisə yerindədir. Rəsmi məqamlardan isə açıqlama vermələri gözlənilir.

***

ABŞ prezidenti baş verən hadisə ilə bağlı tvitter sosial şəbəkəsində fikirlərini paylaşıb. Tramp tvitterdə bunları yazıb: "Tanrı Texasdakı insanların köməyi olsun. FBİ və təhlükəsizlik qüvvələri hadisə yerindədir. Yenilikləri Japoniya mətbuatından izləyirəm".

Son məlumata görə, silahlı basqın nəticəsində 27 nəfər ölüb, 30 nəfər isə yaralanıb.



Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar