Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

KƏMALƏDDIN HEYDƏROVA YENI VƏZIFƏ VERILDI - PREZIDENT DƏYIŞIKLIK ETDI + SƏRƏNCAM

15-11-2017, 21:42   

Kəmaləddin Heydərova yeni vəzifə verildi - Prezident dəyişiklik etdi + SərəncamPrezident İlham Əliyev "Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli 196 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Məlumata görə, dəyişikliyə əsasən sərəncamın 1-ci hissəsində "Natiq Əliyev - Azərbaycan Respublikasının energetika naziri” sözləri "Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri” sözləri ilə əvəz edilib; "Nigar Əliyeva - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözlərindən sonra "Natiq Abbasov - Azərbaycan Respublikası energetika nazirinin müavini” sözləri əlavə edilib.

Xarici İşlər Nazirliyinə sərəncamda edilən dəyişikliklər barədə Polşa tərəfinə bildiriş göndərmək tapşırılıb.

dovletxeberleri.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar