![](/uploads/posts/2017-11/thumbs/1510834576_e-p.jpg)
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Soçi görüşündə 5 rayonun Azərbaycana qaytarılması üzrə razılaşıb.
Publika.az xəbər verir ki, bu barədə diplomatik mənbələr “Novosti” agentliyinə məlumat verib.
Diplomatik mənbələr Ərdoğan və Putinin görüşdə “Lavrov planı”nı müzakirə etdiklərini qeyd ediblər.
“Liderlər 5 rayonun Azərbaycana qaytarılması üzrə razılaşdılar. Qərara alındı ki, bundan sonra münaqişənin nizama salınması bu istiqamətdə davam etsin”, - deyə məlumatda qeyd olunur.
Asif