Lerik rayon Şivlə-Biləvər kənd sakinləri adından
anaxeber.info saytında dərc edilmiş “Lerikin iki kəndi Yardımlıya
birləşmək istəyir - Prezidentə sensasion müraciət” yazı barədə
Son vaxtlarda Şivlə və Biləvər kəndlərinin sakinləri adından bəzi insanlar
tərəfindən yuxarı dövlət orqanlarına və müxtəlif sosial şəbəkə və saytlara ünvanlanmış
əsassız müraciətlərdə rayonda ayrı-seçkilik aparıldığı, Dırığ ərazisində yerləşən
kəndlərə ögey münasibət bəsləndiyi və bu əraziyə daxil olan kəndlərdə tikinti-quruculuq
işlərinin aparılmadığı qeyd edilir.
Rayon icra hakimiyyəti olaraq nə qədər dözümlülük göstərsək də, yalan və
əsassız fikirlərlə dolu olan həmin yazılarla artıq barışa bilməyib statistik rəqəm və
faktlarla aşağıdakıları bildirmək istəyirik.
Şivlə-Biləvər kənd sakinlərinin eyni məzmunlu müraciətləri bir neçə dəfə rayon icra
hakimiyyətində araşdırılmış, rayon icra hakimiyyəti başçısı, başçının müavinləri, şöbə
müdirləri tərəfindən sakinlər qəbul edilmişdir. Eyni zamanda rayon icra hakimiyyəti
başçısı rayonun hüquq mühafizə orqanları və əlaqədar idarə, müəssisə və təşkilat
rəhbərlərinin iştirakı ilə həmin kəndlərində daxil olduğu ərazi icra nümayəndəliyinin
Osyodərə kəndində səyyar qəbul keçirərək sakinləri dinləmiş, onları narahat edən
problemlərlə bağlı söhbət aparmışdır.
Bildiririk ki, rayonumuzun ərazisi iqliminə, yerləşdiyi istiqamətlərə, Sovet
hakimiyyətindən əvvəlki illərdə idarə üsuluna əsasən 4 mahala, “Zuvand”, “Orand”,
“Piran” və “Dırığ” mahallarına bölünmüşdür. Keçmişi özündə yaşadan həmin mahal
adlarından indi də əhali tərəfindən qeyri-rəsmi şəkildə istifadə edilir.
“Dırığ” ərazisində 50 yaşayış məntəqəsi üzrə 30 min əhali yaşayır. Ərazidə 10 icra
nümayəndəliyi, 10 bələdiyyə fəaliyyət göstərir. Son illərdə əhalinin sosial-məişət
şəraitinin yaxşılaşdırılması, infrastrukturun yenidən qurulması ilə bağlı Azərbaycan
Respublikası Prezidenti tərəfindən bir sıra Fərman və Sərəncamlar imzalanmış və
respublikanın hər yerində olduğu kimi, rayonumuzda, o cümlədən “Dırığ” ərazisində
böyük quruculuq-abadlıq işləri aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı ilə 50 yaşayış məntəqəsinin, o cümlədən Şivlə-Biləvər kənd sakinlərinin
mütəmadi istifadə etdiyi 36 km-lik Noda-Şingədulan- Xanagah avtomobil yolu tam
asfaltlaşdırılmışdır, yolboyu iki yeni körpü tikilmiş, bir körpü təmir edilmiş, 800 diametrlik
27 ədəd, 1000 diametrlik 29 ədəd, 1250 diametrlik 53 ədəd borudan istifadə etməklə 28
yerdə suötürücü borular qoyulmuşdur. Hazırda tikintidə son tamamlama işləri aparılır.
Asfalt yol Şivlə-Biləvər kəndlərinin 3 km-dən keçir. Biləvər kəndində 140 şagird
yerlik məktəb binası tikilmiş, Şivlə kəndində 30 şagird yerlik Biləvər kənd tam orta
məktəbinin filialı açılmış və rayon icra hakimiyyətinin daxili imkanları hesabına Şivlə
kənd sakinindən məktəb üçün bina satın alınmışdır. Ümumilikdə “Dırığ”a daxil olan 10
ərazi icra nümayəndəliyi üzrə keçən qısa vaxt ərzində 20 məktəb binası, 6 poçt binası, 2
tibb məntəqəsi, 1 uşaq bağçası inşa edilmiş, 5 məktəb binası, 4 tibb müəssisəsi, 3
mədəniyyət müəssisəsi əsaslı təmir edilmiş, 8 ATS elektron ATS-lərlə əvəzlənmiş, ATS-
lərin yerləşdiyi binalar əsaslı təmir edilmiş və ya yeni binalar inşa edilmişdir. Ərazinin10
yaşayış məntəqəsi qazlaşdırılmışdır. 16 noyabr 2017-ci il tarixdə rayon icra hakimiyyəti
başçısının və Milli Məclisin deputatının iştirakı ilə Murya və Əvilə kəndlərinə mavi qazın
verilməsi mərasimləri keçirilmiş və bu əhali tərəfindən bayram əhval-ruhiyyəsində qeyd
edilmişdir. Soru, Gürdəsər, Buruğ, Lələdulan, Zenoni kəndlərində artezian quyuları
qazılmış, Züvüç kəndinə 5 km məsafədən dəmir borularla su xətti çəkilmişdir. Ərazidə 4
yeni körpü inşa edilmişdir. Bütün kəndara yollarında mütəmadi olaraq rayon icra
hakimiyyətinin dəstəyi, kənd sakinlərinin köməkliyi ilə təmir-bərpa işləri aparılmışdır.
Ərazinin elektrik enerjisi ilə təminatı Şingədulan kəndində fəaliyyət göstərən
yarımstansiya vasitəsilə həyata keçirilir. Son İllərdə həm yarımstansiya əsaslı şəkildə
təmir edilmiş, həm də yarımstansiyanın qidalandığı yüksək gərginlikli Masallı-Yardımlı-
2
Lerik 35 kilovoltluq hava xətti yenidən tikilmişdir. 10/04 kv-luq elektrik hava xətlərində
mindən yuxarı ağac dayaq dəmir dayaqlarla əvəzlənmişdir. Şingədulan kəndində dəmir
dirəklər basdırılmış, elektrik naqilləriin sip kabellərə əvəzlənməsi işlərində son
tamamlanma işləri həyata keçirilir. Kəndlərin fasiləsiz elektrik enerjisi ilə təmin
olunmasından ötrü elektrik hava xətlərində mütəmadi olaraq təmir-bərpa işləri
aparılmışdır. Təbii fəlakətlər zamanı yaranmış qəza halları istisna olmaqla əhaliyə 24
saat elektrik enerjisinin verilməsi təmin edilir və bu iş daim nəzarətdə saxlanılır.
“Dırığ” ərazisinə aid olan Boykəndil və Əvilə kəndlərində 180 şagird yerlik məktəb
binalarının tikintisi davam etdirilir.
Müraciətlərdə qeyd edilmiş tütün sahələrində məktəblilərin işlədilməsi faktı
tamamilə əsassız və böhtandır.
Qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı cənab Prezidentin qarşıya
qoyduğu vəzifələr aqrar rayonu olan Lerikdə də uğurla icra edilir. Rayonda taxılçılığın,
kartofçuluğun, tərəvəzçiliyin inkişafı ilə yanaşı, bir vaxtlar ənənəvi sahə olmuş
tütünçülüyün inkişafına diqqət artırılmış və verilmiş tapşırığa uyğun olaraq ötən il 10 ha,
cari ildə isə 25 ha sahədə tütün, 50 hektar ərazidə fındıq tingləri əkilmişdir. Şivlə-Biləvər
kəndlərinin nəinki ərazisində, heç yaxınlığında belə tütün əkilməmişdir. “Zuvand”
ərazisində isə ümumiyyətlə sarımsaq bitmir və burada heç vaxt sarımsaq
becərilməmişdir.
Yazılar bir neçə narazı şəxslər tərəfindən sifarişlə hazırlanır və geniş əhalinin
fikirlərini əks etdirmir.
Lerik Rayon İcra Hakimiyyəti