Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Yağış və qar yağacaq, bəzi yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

23-11-2017, 16:18   
Yağış və qar yağacaq, bəzi yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə bildirilib ki, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 6-8, gündüz 9-12 dərəcə isti, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti noyabrın 25-i gündüzədək davam edəcək. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.[media=https://www.youtube.com/watch?v=MyG-ZlrT_JI]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar