Bu gün Azərbaycan Dövlət Tibb Universitetinin dosenti, tibb elimləri namizədi, Əməkdar müəllim, hamımızın sevimlisi Rəşid Mahmudovun ad günüdür.
Dəyərli ziyalımız, Rəşid müəllim!
Sizin, mərdliyiniz böyük şəxsiyyət sahibi olmağınız, cəmiyyətimiz tərəfindən müsbət qarşılanır. Bu, xalqımızın ziyalısına verdiyi ən böyük mükafatdır!
Rəşid müəllim, ömürünüzün ikinci baharını hər zaman sevib-sevilməyinzi və ümman tək çağlamağınızı arzulayırıq...
Ad gününüz mübarək!
Rəşid Mahudovun həyat yoluna qısa nəzər salaq!
Həyatda insanı kamilləşdirən təkcə yaşadığı illərin çoxluğu deyil, həm də qaşılaşdığı həyat hadisələrinin keşməkeşli olmasıdır. Bu mənada ömrünün 79 baharını yaşamış, böyük şəxsiyyət, humanist insan olan Rəşid müəllimi yaxından tanıyaq!
Dünyamız dəyişdikcə zamana müvafiq olaraq dəyərlər də dəyişir. Lakin bütün dəyərlər dəyişkən deyildir. Bu dəyərlərdən biri də əsl insan ömrü yaşamaqdır. Allahın nuru hesabına bəndənin özünün qazandığı bir taledir. Həmin insanlar, öz varlıqları ilə ətrafına nümunə olurlar. Rəşid müəllim kimi...
Rəşid müəllim, Azərbaycanın dilbər guşəsi olan Gədəbəy rayonunda dünyaya göz açıb, yeniyetməlik illərini orada yaşayıb. Sonra tale elə gətirib ki, ömrünün ən gözəli çağlarını Bakı şəhərində keçirib, ali təhsil alıb və bu illər ərzində müdriklik zirvəsinə qədər ucalıb. Keşməkeşli həyat yolu yaşamış, hər cür maniçilikləri dəf etməyi və qarşılaşdığı çətinliklərin öhdəsindən gəlməyi bacarmışdır.
Hörmətlə:
“Dünya” qəzeti və “Dunyamedia.info” Müstəqil İnformasiya Agentliyinin yaradıcı kollektivi.
Aygün Paşayeva