![](/uploads/posts/2017-12/thumbs/1512484233_photo_52306.jpg)
Digər bir sərəncamla Mikayıl Cabbarov vergilər naziri təyin edilib. Sabiq vergilər naziri Fazil Məmmədovun isə hansısa posta təyin olunması haqda hələ ki, rəsmi məlumat yoxdur.
Cebhe.info sözügedən sərəncamla bağlı Fazil Məmmədovun qardaşı, iqtisad elmlər doktoru Zahid Məmmədovla əlaqə saxlayıb. Zahid Məmmədov ictimai nəqliyyatda olduğunu əsas gətirərək danışmaqdan yayınıb:
“İctimai nəqliyyatdayam, sizə cavab verə bilmərəm”.
Məsələyə bir cümləlik də olsa, münasibət bildirməkdə israrımızı bildirsək də, Z. Məmmədov “xanım, qışqıra bilmərəm” deyə cavab verib.
Yeganə
Cebhe.info