Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Neft Daşlarında faciə - Neftçi neftçini öldürdü

12-12-2017, 14:01   


Dekabrın 12-də saat 11:50 radələrində Neft Daşlarında SOCAR-ın "Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.

SOCAR-dan BakuPost.az-a verilən məlumata görə, nəticədə Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib.

A. Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar